
FaktXəbər-in məlumatına görə, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə Səfərli Vüqar Müzəffər oğlu yenidən Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun İcraçı direktoru təyin edilib.
Bundan əlavə Prezident Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında da sərəncam imzalayıb.
Aşağıdakı şəxslər Müşahidə Şurasının üzvləri təyin ediliblər:
dövlət orqanlarından:
Əliyev Vüqar Saydam oğlu - Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun müdiri
Qurbanov Faiq Mirəsədulla oğlu - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi
Hümbətov İntiqam Rəsul oğlu - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Analitik təhlil və proqram təminatı şöbəsinin baş məsləhətçisi
kütləvi informasiya vasitələrindən:
Məcidov Rəşad Müseyib oğlu - “525-ci qəzet”in baş redaktoru
Rəhimzadə Vüqar Gəncəli oğlu - “İki Sahil” qəzetinin baş redaktoru
Sadıqov Bəxtiyar Yusif oğlu - “Azərbaycan” qəzetinin baş redaktoru
jurnalist təşkilatlarından:
Amaşov Əflatun Əhməd oğlu - Azərbaycan Mətbuat Şurasının sədri
Ələsgərli Müşfiq Məşi oğlu - Jurnalistlərin Həmkarlar İttifaqının sədri
Mirzəyev Umud Rəhim oğlu - Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO