Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 May

2013
18:08
827
Aydın Mirzəzadə: `Çox təəssüf ki, Azərbaycanda da ekstremist cərəyanların təsirinə düşənlər var. Azərbaycanlıların Bəşər Əsədin əleyhdarları tərəfindən döyüşməsi başa düşülən deyil”

“Çox təəssüf ki,  Azərbaycanda bəzi şəxslər radikal islamın təsirinə düşərək düşünülməmiş addımlar atırlar. Həmin şəxslərin sayı çox deyil və cəmiyyətdə görünməyən həddədirlər. Eyni halda cəmiyyətə təsirləri də olduqca azdır. Lakin bununla belə ara-sıra onlara mətbuat vasitələrində rast gəlinir.”  

 

Bu sözləri FaktXeber.com-a millət vəkili Aydın Mirzəzadə dünən “youtube” video portalında  Azərbaycanın dini ekstremist qruplarına ünvanlanan növbəti video müraciətə münasibət bildirərkən qeyd edib. Müsahib bildirdi, bir neçə nəfər azərbaycanlının internet vasitəsilə müraciəti ümumilikdə nə Azərbaycan cəmiyyətinin, nə də ki, inanclı kəsimin mövqeyidir: “Suriyada baş verənlər vətəndaş qarşıdurmasıdır. Burada hansısa dini faktordan və cihaddan söhbət gedə bilməz. Azərbaycanlıların Bəşər Əsədin əleyhdarları tərəfindən döyüşməsi başa düşülən deyil. Ona görə ki, Suriyada yaşananlar hakimiyyətini qoruyan Bəşər Əsəd və onun əleyhdarları ilə bağlı bir məsələdir.” 

 

Aydın bəy onu da bildirdi ki, video müraciətlərdəki şəxslər ola bilsin heç azərbaycanlı belə deyil: “Həmin şəxslərin özlərini azərbaycanlı kim təqdim edərək belə bir fikirlər səsləndirməsi mümkündür. Bunların məqsədi Azərbaycanda radikal, fanatik islamı yaymaq və dini dəyərləri başqa  formada təqdim etməkdir. Ona görə də sözü gedən video müraciətlər təxribat xarakteri daşıyır.”

 

Azərbaycanda dini ekstremizmin görünmədiyini bildirən millət vəkili, “ Azərbaycanda islam da var,  ona hörmət də. Amma radikal islam yoxdur. Lakin kifayət qədər radikalizmi yaymağa cəhdlər edilir.  Azərbaycan cəmiyyətində bu tip məsələlərə kifayət qədər düşüncə ilə yanaşan insanlar olduğuna görə, baş verənlərin nəticəsi olmayacaq”, - deyə bildirdi.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prezident Mikayıl Cabbarovu qəbul edib

23

Oktyabr
16:06
SİYASƏT
93

Prezident Vergilər Nazirliyini ləğv etdi

23

Oktyabr
15:18
SİYASƏT
445

El-Klassikonun yeni tarixi məlum oldu

23

Oktyabr
14:49
İDMAN
61

Günün qarşılaşmaları TV AFİŞA

23

Oktyabr
14:17
İDMAN
38

Gəncədə qətl törədən şəxs tutulub - RƏSMİ

23

Oktyabr
12:57
HÜQUQ,HADİSƏ
45
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-10-2019 19:21



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru