
FaktXəbər-in məlumatına görə, İngiltərənin BMJ tibb jurnalı uşaq ölümlərinə dair aparılmış araşdırmanın nəticələrini dərc edib. Aparılan araşdırmada təxminən 1500 ani körpə ölümü sindromu hadisəsinə işıq salınıb.
Araşdırmada iştirak edənlərdən biri - Bob Karpenterin hesablamalarına görə, yataqları ayırmaq İngiltərədəki 300 ani ölümdən 120-nin qarşısının alına biləcəyini vurğulayıb.
İlk 6 ay körpənin valideynlərlə eyni otaqda yerləşən beşik, ya da çarpayıda yatmasının daha etibarlı ola biləcəyini deyən alimlər, həmçinin erkən ölüm riskini azaltmaq üçün hamiləlik dövründə ana və atanın siqareti atması, körpənin olduğu otaqda siqaret çəkilməməsi, divan, ya da kresloda körpəylə yatılmaması, körpənin çox isti geyindirilməməsi və başının açıq saxlanılması təkliflərini səsələndiriblər.
Alimlərdən Françine Bates də bəzi valideynlərin körpələriylə yatmaq istədiyini, bu seçimi dəstəklədiklərini, ancaq yeni ana və atanın körpəylə eyni yataqda yatmağın risklərini bilməsi və bu istiqamətdə tədbir görməsi lazım olduğunu deyib.
Avstraliyada aparılan bir araşdırmada isə 1 yaşından kiçik körpələrin qəfildən ölmələrini müəyyənləşdirən ani körpə ölümü sindromunun (SIDS) səbəblərindən biri kimi, körpələrin yuxularında özlərini ana bətnində görmələri və nəfəs almağı kəsmələri olduğu göstərilib.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO