Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 May

2013
14:56
Rəşad Ramazanovun müdafiə komitəsi yaradılacaq
Vəkil Aslan İsmayılov: “Rəşad Ramazanov istintaq təcridxanasına yerləşdirilməlidir”

Facebookda yazdığı statusa görə, həbs olunan dindan və filosof Rəşad Ramazanovun müdafiə komitəsi yaradılacaq.

Bu barədə “Yeni Müsavat”a tanınmış vəkil Aslan İsmayılov məlumat verib. Onun sözlərinə görə, bu istiqamətdə ona edilən müraciətlər həddindən artıq çoxalıb. A.İsmayılov facebook məhbusunun saxlanılma şəraiti  barədə də məlumat verib: “Keçirdiyimiz mətbuat konfransından sonra ona edilən zorakılıq və təhqir  dayanıb. Rəşad Ramazanovun Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılması qanunsuzdur. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. Onu dərhal istintaq təcridxanasına yerləşdirməli idilər. Bunu özü çox böyük qanun pozuntusudur”.

A.İsmayılov bildirdi ki, Rəşad Ramazanov haqqında qanunsuzluğa yol vermiş şəxslər dərhal cəzlandırılamlıdır: “Onun həbsinin əsas səbəbi facebookda təhqiramız ifadələrlə dolu statuslar yazması olub. Bu addımı mən özüm də doğru hesab etmirəm. Əgər təhqir edibsə qanun çərçivəsində cəzalandırılmaldır. Üstəlik cibindən narkotik maddə çıxması ona qarşı edilən işgəncə və zorakılıq əməllərinə haqq qazandırmır”.

Tanınmış vəkil bildirdi ki, müdafiə komitəsi yaradıldıqdan sonra bu prosesdə aktiv iştirakçı olacaq.

Qeyd edək ki, mayın 9-da həbs olunmuş sosial şəbəkələrin fəal istifadəçisi, dindar və filosof Rəşad Ramazanova (Rəşad Həqiqət Ağaddin) Azərbaycan CM-in 234.4.3-cü (qanunsuz olaraq külli miqdarda narkotik vasitələri saxlamaq və satmaq) maddəsi ilə ittiham irəli sürülüb. Mayın 10-da Nərimanov Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib. O, hazırda DİN-in Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsində saxlanılır. R.Ramazanovun vəkilinin verdiyi məlumata görə, müvəkkili mayın 9-da günorta saatlarında metronun “20 yanvar” stansiyası yaxınlığında saxlanılıb. Polisin məlumatına görə, ondan 9 qram heroin müsadirə edilib. Lakin vəkil deyib ki, R.Ramazanov bu ittihamı təkzib edir. Ramazanov sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyi üçün siyasi motivlərlə təqib olunduğunu hesab edir. Təqsiri sübuta yetirilərsə, Ramazanov əmlakı müsadirə edilməklə 12 ilədək azadlıqdan məhrum edilə bilər. R.Ramazanov öz facebook səhifəsində din, azadlıq, ədalət mövzularında statuslar yazırmış.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Britaniyada Asanjın taleyi həll olur

14

Dekabr
15:48
DÜNYA
304

Elvin İsayev Azərbaycana deportasiya edildi

14

Dekabr
15:37
HÜQUQ,HADİSƏ
491

Bazar günü hava yağmursuz olacaq

14

Dekabr
13:04
ÖLKƏ
1527
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-12-2019 20:45



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru