Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

17 May

2013
14:54
Heydər Parkın təmiri adı ilə 65 min dolları mənimsənilən vətəndaş Fəxri Xiyabanda piket keçirəcək
“Əgər Lütfəli Babayev sübuta yetirsə ki, məndən aldığı 65 min dolların yarısını Heydər Parkın təmirinə xərcləyib, mən onda pulun 70%-ni ona bağışlayacam”

Vüqar Poladov: “Fəqan Nəsibovun qanuni tələbləri yerinə yetirilməzsə, məcbur olub digər vasitələrə əl atılacaq”

Bir neçə müddət bundan öncə Vətəndaş Fəqan Nəsibovun Zərdab rayonunun İcra Başçısı Lütfəli Babayev tərəfindən aldadılmasına dair keçirilən mətbuat konfransı haqqında məlumat vermişdik. Bu gün növbəti dəfə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun mətbuat mərkəzində  Vətəndaş Fəqan Nəsibov baş vermiş olayla bağlı mətbuat konfransı keçirib. İlkin olaraq çıxış edən Fəqan Nəsibovun nümayəndəsi Vüqar Poladov bildirdi ki, vətəndaş Fəqan Nəsibov baş verən hadisə ilə bağlı çox ciddi psixoloji gərginlik içindədir: “ Fəqan Nəsibovun qanuni tələbləri yerinə yetirilməzsə, məcbur olub digər vasitələrə əl atılacaq. Bunun üçün şəhərin müxtəlif yerlərində piket keçirmək və Lütfəli Babayevin xüsusi hazırlanmış şəkillərinin vurulması nəzərdə tutulub.   

Zərərçəkən Fəqan Nəsibov isə çıxışı zamanı bildirdi ki, artıq baş verən olayı danışmaqdan bezib: “Hətta bəzi vaxtlar öz hərəkətlərimi belə tənzimləyə bilmirəm. Maraqlıdır ki, biz nə vaxta qədər konfrans zalında olan qara stollara şikayət edəcəyik. Adi bir vətəndaş kimdənsə pul alıb qaytarmayanda, polisə şikayət verilən kimi, dərhal tədbir görülür, hətta bəzi vaxtlar həmin şəxs həbs olunur. Amma icra başçılarına gələndə isə qanun işləmir. Əgər Lütfəli Babayev sübuta yetirsə ki, məndən aldığı 65 min dolların yarısını Heydər Parkın təmirinə xərcləyib, mən onda pulun 70%-ni ona bağışlayacam. Lüftəli Babayev İlham Əliyevin sahibkarlarla bağlı göstərişlərinə heç bir məhəl qoymur. Bundan öncə ki, mətbuat konfransında kifayət qədər ciddi məlumatlar səsləndirməyimizə baxmayaraq, bir nəfər də olsun çıxıb soruşmadı ki, ay bala sən kimsən, nəçisən? Deməli bunlar susmağı seçiblər ki, bəlkə nəyəsə nail oldular. Yaxın günlərdə növbəti dəfə xarici və yerli jurnalistlərin təşkilatçılığı ilə sonuncu və xəbərdaredici mətbuat konfransı keçirəcəm. Əgər yenə də icra başçısı tərəfindən aldadılaraq məndən alınan pul qaytarılmazsa, iyun ayının 3-ü Fəxri Xiyabanın qarşısında Prezident Aparatına qədər ən yaxın adamlarımla birgə piket keçirəcəm. Bakı Şəhər İcra Hakimiyyətinə piketlə bağlı müraciət etməyimə baxmayaraq, hələ də cavab verilməyib.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 15:04



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru