Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 May

2013
15:21
Bakıda piket keçirilib
Sabunçu rayonundakı 311 saylı orta məktəbdə təhsil alan şagirdlərin valideynləri etiraz aksiyası keçirib

Sabunçu rayonunda 311 saylı orta məktəbin bağlanması ilə əlaqədar həmin məktəbdə təhsil alan şagirdlərin valideynləri övladlarının digər məktəblərdə təhsil almasına narazılıq ediblər.

Məktəbin qarşısına yığışan valideynlər bildiriblər ki, şagirdlər məktəb bağlandıqdan sonra 259 saylı məktəbdə və peşə məktəblərində təhsillərini davam etdirirlər. Lakin həmin məktəblər uzaq olduğundan, şagirdlər üçün müəyyən problemlər yaranır.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov isə açıqlamasında deyib ki, 311 saylı məktəbdə ötən ilin payızında qaz iyi hiss olunub. O vaxt baş nazirin müavini Abid Şərifovun rəhbərliyi ilə məktəbdə yoxlama aparılıb: “Fövqəladə Hallar Nazirliyi məktəbdə yoxlama apardı. Təhsil naziri bir neçə dəfə bu məktəbdə oldu. Məsləhət görüldü ki, uşaqları müvəqqəti başqa məktəblərə köçürək, bu bina haqqında qərar verilənə qədər dərsi başqa binalarda keçsinlər. Sonra isə FHN-dən binadakı havanın tərkibini yoxladılar. Belə bir rəy verildi ki, yoxlama günü havanın qazlaşması normada olub, amma sonrakı günlər üçün zəmanət vermirlər. Həmin məktəb binasının altında əvvəllər neft quyuları olub, bura mədən ərazisidir. FHN uşaqları bu məktəbə qaytarmaq üçün zəmanət vermədiyindən, bu günə qədər uşaqlar iki qonşu məktəbdə dərs keçirlər. Valideynlər isə evlərinə daha yaxın olduğundan, bu məktəbdə dərs keçirilməsini tələb edirlər”.

M.Bayramovun sözlərinə görə, valideynlər bir neçə dəfə Təhsil Nazirliyində olublar: “Məsələ hökumət səviyyəsində həll olunmaqdadır. Yeni məktəbin tikintisi üçün layihə hazırlanıb, vəsait ayrılıb. Amma məktəb üçün sakinlərə yaxın olan yer ayrılması məsələsi problemdir. Bura mədən ərazisi olduğundan, demək olar ki, hamının evindən, həyətindən qaz çıxır”./apa

Məqalədə : Bakıda piket keçirilib 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:47



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru