Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2013
21:35
Oğuz sakinləri Qəbələ-Şəki yolunu bağlamaqla hədələyir

 Dünən Azərbaycanın şimal-qərbində Oğuz rayonunun Xaçmaz kəndində sosial-iqtisadi tələblərlə etiraz aksiyası keçirilib.

Turan-ın bölgə müxbirinin verdiyi məlumata görə, 400-ə yaxın yerli sakin kənd icra hakimiyyətinin binası qarşısında toplaşıb. Onlar pis yollara, ağac kömürü istehsalının qadağan edilməsinə etiraz ediblər. Kəndlilər bu problemlərin həllini və təbii qazla təmin edilməyi tələb ediblər.

Kənd hakimiyyətinin rəhbəri qarşıya qoyulmuş məsələlərə bağxmağı vəd edib. Eyni zamanda, kəndlilərə bildiriblər ki, 8 may saat 15.00-da rayon icra başçısı Xaçmaza gələcək və onlarla görüşəcək.

Sakinlər qapalı məkanda deyil, açıq havada görüş keçirilməsini tələb edirlər ki, bütün arzu edənlər görüşdə iştirak edə bilsin.

İnsanlar xəbərdarlıq ediblər ki, rayon başçısı ilə görüş baş tutmasa, problemlər də həllini tapmasa, onlar Qəbələ-Şəki avtomobil yolunu bağlayacaqlar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
4518

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
3623

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
5341

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
5379

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
6611

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
5096
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


03-07-2020 17:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru