Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 May

2013
21:00
ATƏT təmsilçisi qurumun Bakı ofisinin statusunun azaldılmasına etiraz edib

 Ölkədə fəaliyyət göstərən siyasi partiyaların təmsilçiləri çərşənbə axşamı Bakıda səfərdə olan ATƏT-in Parlament Assambleyasının Cənubi Qafqaz üzrə məruzəçisi Joao Suareşlə görüşüblər. Bu haqda Turan-a görüşün iştirakçısı Pənah Hüseyn bildirib.

Onun sözlərinə görə, görüşdə ölkədəki ictmai-siyasi durum, ATƏT-in Bakı ofisinin statusu barədə fikir mübadiləsi aparılıb.

Belə ki, müxalif partiyalar ölkədə ictimai-siyasi durumun ağır olduğunu deyiblər. Repressiyaların güclənməsini, söz və ifadə, sərbəst toplamaq azadlıqlarının kobud şəkildə pozulduğunu qonağın nəzərinə çatdırıblar. Bununla yanaşı, iqtidarın ölkədə inzibati xətalarla bağlı cəzaları sərtləşdirməsi qeyd edilib.

Yalnız hakim Yeni Azərbaycan Partiyasının təmsilçisi, deputat Mübariz Qurbanlı buna etiraz ifadə edən mövqe sərgiləyib.

Öz növbəsində, ATƏT təmsilçisi J.Suareş Azərbaycandakı vəziyyət barədə məlumatları olduğunu deyib. ATƏT-in bu mənada Azərbaycana laızm olan köməyi göstərəcəyini bildirib. Eyni zamanda, ATƏT təmsilçisi ATƏT-in Bakı ofisinin statusunun azaldılmasına etiraz ifadə edib.

Görüşə Müsavat, Xalq Cəbhəsi, Ümid, Vətəndaş Həmrəyliyi, Böyük Quruluş və s. partiyaların təmsilçiləri qatılıblar.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
242

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
300

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 06:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru