Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 May

2013
10:04
Netanyahu və Mahmud Abbas Çində səfərdədirlər
Pekin bildirib ki, Netanyahu və Mahmud Abbas görüşmək, danışıqlar aparmaq istəyərsə, kömək etməyə hazırdır

FaktXəbər-in verdiyi məlumata görə, Fələstin lideri Mahmud Abbas və İsrailin baş naziri Binyamin Netanyahu ÇXR hökuməti ilə danışıqlar üçün Çinə səfər ediblər, lakin onların bir-birləri ilə görüşmək niyyəti yoxdur.

Mahmud Abbas dünən Pekinə çatıb. Onun Çin prezidenti və baş naziri ilə danışıqları planlaşdırılıb. Çin rəhbərliyi ilə görüş zamanı Fələstin rəhbəri İsraillə danışıqları mümkünsüz edən maneələr haqqında müzakirələr aparacaq.

Binyamin Netanyahu Şanxaydadır, oradan da Pekinə səfər edəcək. Bu İsrail hökumət başçısının Çinə son 6 ildə ilk səfəridir. Netanyahu ÇXR hökuməti ilə bir neçə ticari müqavilələr imzalamaq niyyətindədir.

Pekin bildirib ki, Netanyahu və Mahmud Abbas görüşmək, danışıqlar aparmaq istəyərsə, kömək etməyə hazırdır. Lakin  nə İsrailin hökumət başçısı, nə də Fələstin lideri belə bir arzu ifadə etməyiblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

TƏBİB yeni təyinatlarla bağlı açıqlama yaydı

16

Mart
11:05
AİLƏ, SAĞLAMLIQ
4558

"Neftçi" fəaliyyətini dayandırdı

14

Mart
13:51
İDMAN
3125

Bakıda hava dəyişkən buludlu olacaq

14

Mart
13:10
ÖLKƏ
2496

Şənbə gününün havası açıqlandı

13

Mart
12:58
ÖLKƏ
2065
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


07-04-2020 12:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru