Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

27 Aprel

2013
15:12
Kinorejissor Natiq Axund prodakşnların problemlərindən danışdı
Natiq Axund: “Bizdəki prodakşnlarda bir nəfər öz işindən başqa 3-4 dənə əlavə iş görür”

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli mediaya açıqlama verərkən qeyd edib ki, Azərbaycanda həddindən artıq çox prodakşnlar var və bəzən onların çoxluğu adamı təəccübləndirir. “Özüm araşdırma apardım. Bizə film çəkmək üçün müraciət edən prodakşnların sayı 35-dən çoxdur”. Ölkədə fəaliyyət göstərən prodakşanların keyfiyyət səviyyəsi, durumu və problemləri ilə bağlı Qaçan Atlar Productio"nun təsisçisi, kinorejissor Natiq Axund FaktXeber.com-un suallarını cavablandırıb. 

- Natiq bəy ölkədə fəaliyyət göstərən prodakşanların keyfiyyət səviyyəsi qənaətbəxşdirmi?

- Serialların birinci dəfə çəkilişi ərəfəsində prodakşnlar əllərindən gələn hər bir şeyi etdilər. Lakin ümumilikdə keyfiyyət səviyyəsi aşağı idi. Bizə yaxın ölkələrlə müqayisə aparanda müəyyən keyfiyyət fərqləri müşahidə edirik. Qonşu Türkiyənin prodakşnlarının kifayət qədər böyük kollektivi var. Çəkiliş qrupunda fəaliyyət göstərənlərin sayı təxminən 70-90 arası olur. Bunların hər biri öz işini görür. Çəkiliş qruplarında prodüsser qrupu, əsas rejissorlar, köməkçi rejissorlar, tərtibatçılar, rəssam, rəssamın köməkçiləri və digər işçilər fəaliyyət göstərirlər. Belə olan halda çəkiliş meydançasında heç bir problem qalmır. Bunlar da nəticə etibarı ilə hamısı maliyyə məsələsinə gəlib çıxır. MTRŞ birinci mərhələdə telekanallara kifayət qədər maliyyə ayırdı və onlar da prodakşnlarla iş gördülər. Bizdəki prodakşnlarda bir nəfər öz işindən başqa 3-4 dənə əlavə iş görür. Bu da işin keyfiyyətinə sonda təsir edir. Çəkilişin keyfiyyətli olmasının digər tərəfi isə texniki amillərdən asılıdır. Prodakşnlar hazırda əllərindəki texnikalardan istifadə edirlər. İmkan düşdükcə də müasir texnikalar alınır.          

- Prodakşnların maliyyə problemləri ilə bağlı vəziyyət necədir?
- Dövlət tərəfindən prodakşnlara ilk maliyyə yardımı edildi. Lakin birinci mərhələdən daha çox faydalanan televiziyalar oldu. Nəticədə isə telekanallar işlərini prodakşnlar vasitəsilə gördülər. Deyilənə görə isə ikinci mərhələdə birbaşa prodakşnlarla iş görüləcək. Prodakşnlar da öz növbəsində həmin dəstəklə öz bazalarını düzəldəcəklər.

- Natiq bəy sizin nə kimi proyekləriniz var?
- Biz "Qaçan Atlar Production"un adından "Dünyada bir gün" adlı layihə hazırlamışıq. "Çəkilməyən film" adlı layihə isə artiq təqdim olunub. Ümid edirik ki bizə müsbət cavab veriləcək və bizim sözümüzü deməyə şərait yaradılacaq.
Bundan əlavə rejissor kimi dəvət aldığım, "ZZ production" və ATV-nin birgə layihəsi olan "Həkimlər" serialına dəstək olduqlarına görə mən bir daha MTRŞ-a, başda Nuşirəvan Məhərrəmliyə öz təşəkkürümü bildirirəm.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
43033

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
41363

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
42927

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
42432

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
47963

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
42369

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
42753
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-09-2020 20:58





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru