Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

23 Aprel

2013
13:48
ATƏT-in Minsk qrupu: fəaliyyətsiz qurum, yoxsa səyahətə gələn diplomatlar?

ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin bu təşkilatın prinsipləri əsasında sülh yolu və danışıqlar vasitəsi ilə həlli üçün Minsk Qrupu adlı bir qurum yaradılıb. 1997-cı ilin yanvarından isə ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi bu qrupun qarşısında duran əsas vəzifə Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir. Ancaq ölkəmizdə az qala böyükdən kiçiyə hər kəsin adını eşitdiyi Minsk Qrupu 17 illik həmsədrlik insititutu formatı çərçivəsindəki “fəaliyyət”i dövründə ATƏT-in prinsiplərinə əməl etməyib və problemin beynəlxalq hüquq normaları çərçivəsində çözülməsinə ikili standartlarla yanaşıb.

Aparılan monitorinqlər, araşdırmalar və analitik təhlillər göstərir ki, əslində abstrakt bir qurum olmayan ATƏT-in Minsk Qrupu və onun həmsədrləri üzərinə götürdüyü vasitəçilik missiyasını mandatlarına uyğun olaraq effektiv şəkildə yerinə yetirə bilmir. Baxmayaraq ki, Azərbaycan hökuməti tərəfindən ATƏT-in fəaliyyətinə xüsusi önəm verildiyi dəfələrlə vurğulanıb. Bütün bunların fonunda isə hazırda da passiv və yetəriz fəaliyyəti ilə diqqət çəkən Minsk Qrupu münaqişənin həllinə töhfə verəcək bir addım atmayıb. Bir qədər arxaya qayıtsaq görərik ki, həmsədr ölkələrin nümayəndələri indiyə kimi həm Azərbayca, həm də Ermənistana dəfələrlə səfərlər edib. Hər iki ölkənin dövlət başçıları, Xarici işlər nazirləri və prezidentlərin Dağlıq Qarabağ Münaqişəsi üzrə şəxsi nümayəndələri ilə görüşüblər. Mövqelərində beynəlxalq hüququ və ədaləti təmsil etmədikləri açıq-aşkar görünən və sapmalar müşahidə olunan Minsk Qrupu problemin həll edilməsi üçün demək olar ki, çabalar göstərməyib. Bir sözlə onların səfərləri kağız üzərindəki protokol qaydalarından başqa bir şey olmayıb. Vasitəçilik missiyası zamanı Minsk Qrupu Dağlıq Qarabağ problemin həll edilməsi ilə bağlı tərəflərə yalnız üç plan təklif edib.

1) 1997-ci ilin iyun ayında Zərf həll variantı --“Dağlıq Qarabağ Münaqişəsinin Aradan Qaldırılmasına Dair Hərtərəfli Saziş”
2) 1997-ci ilin oktyabr ayında Mərhələli həll variantı --“Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Dayandırılması Haqqında Saziş”
3) 1998-ci ilin noyabr ayında isə Ortaq Dövlət həll variantı-- “Dağlıq Qarabağ Silahlı Münaqişəsinin Hərtərəfli Həllinin Prinsipləri Haqqında”

Ancaq Minsk qrupunun tərəflərə təqdim etdiyi bu “səmərəli”təkliflərdən ilk ikisi Ermənistan, üçüncüsü isə Azərbaycan tərəfindən qəbul edilməyib. Bu zaman bir incə məqama xüsusi diqqət yetirmək lazımıdr. Minsk qrupunun həmsədr dövlətləri olan və insan haqlarından ağız dolusu bəhs edən ABŞ, Fransa və Rusiyanın məsələyə münasibətini dəyərləndirsək görərik ki, onlar vasitəçilik missiyalarının əksinə olaraq Azərbaycan torpaqlarının Ermənistanın işğalından azad edilməsi üçün beynəlxalq hüququ və ədaləti ayaqlar altına atdıblar. Bir sözlə fəaliyyətlərinin əsas hissəsi turist gəzintisindən və heç bir hüquqi qüvvəsi və gücü olmayan bəyənatlardan ibarət olan ATƏT-in Minsk qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbətə doğru hər hansı bir irəlləyişə nail ola bilməyiblər. Hətta, heç bir həmsədr istər fəaliyyətlərinin ilk illərində, istərsə də indi separatçı və işğalçı Ermənistana qarşı təzyiq göstərmək üçün hüquqi təsir vasitələrindən istifadə etməyiblər.

Bütün bunları nəzərə alsaq, həmsədrlərdən Dağlıq Qarabağ münaqişəsinin çözülməsi istiqamətində konkret nəticəyə yönəlik addımların atılması inandırıcı görünmür. Prosesləri diqqətlə izləyən siyasi ekspertlər, millət vəkilləri, hökümət və dövlət adamlarımız da dəfələrlə bəyan ediblər ki, Minsk qrupu əslində fəaliyyəti ilə yox, fəaliyyətsizliyi ilə onlara olan etimadı və inamı itiriblər. Bu isə öz növbəsində münaqişənin həllini dalana dirəyir və uzadır. Həmçinin, BMT-nin məlum qətnamələri və hər üç həmsədr ölkənin Azərbaycanın ərazi bütövlüyünü tanımasını rəsmən bəyan etməsi fonununda ortaya qoyuduqları fəaliyyətlərlə Qarabağ münaqişəsini tənzimləmək qeyri-mümkündür. Bu zaman bir fakt tam çılpaqlığı ilə aydın olur ki, əslində həmsədr ölkələr Qafqazlarda, xüsusən də Azərbaycanda regional və geopolitik maraqlar uğrunda çarpışan tərəflər funkisyasını yerinə yetirir. Ona görə də biz ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyini təkzibolunmaz faktlarla ortaya qoymaqla bərabər, onların fəaliyyətinin gücləndirilməsi üçün öz işimizi görməli və təzyiqləri artırmalıyıq. Əks halda ikili standartlar və ermənilərin başını sığallama prinsipləri ilə işləyən ATƏT-in Minsk qrupu həmsədrlərinə qapını göstərməliyik. Unutmaq lazım deyil ki, Azərbaycan dəfələrlə bəyan edib ki, münaqişənin həllində bütün hallarda danışıqlara, sülh variantına üstünlük veririr və bu günə kimi də bu prinsiplərə əməl edib. Ancaq fəaliyyətsiz həmsədrlər həm əvvəlki fəaliyyətləri zamanı, həm də indi sülh imkanları arxa plana keçirirlər. Deməli, həmsədrlər danışıqlar atmosferində ciddi dəyişikliyə nail olmalı, fəallığı artırmalı, onlara olan inamsızlığı aradan qaldırmalı, atəşkəs rejimi haqda sazişin tətbiqi istiqamətində səylərin möhkəmləndirilməli və ən önəmlisi ikili standartlardan əl çəkməlidirlər. Azərbaycan prezidenti Cənab İlham Əliyevin Qarabağ düyününün çözülməsi ilə bağlı beynəlxalq hüquq normalarına söykənərək səsləndirdiyi bəyənatları və söylədiyi fikirləri isə BMT, ATƏT və onun Minsk qrupuna daxil olan həmsədr ölkələr hər iki qulağını açaraq eşitməlidirlər. Əks təqdirdə. . .

P. S. Mən özüm bilərəkdən həmsədrlərin adlarını yazmadım və daha doğrusu onların üzərində şərh verməyə lüzum görmədim. Çünki Vladimir Kazmirovun simasında (?) hər üç ölkənin həmsədrlərin bugünəqədərki missiyası və ortaya qoyduqları mövqe hər kəsə gün kimi aydındır. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi, “Monitorinqlər kralı” Anjey Kaspirşikin “fəaliyyət”i və “gördüyü iş”lərdən isə qalaq-qalaq tarix kitabları yazmaq olar.

İnqilab Şirinov

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

“Azsığorta”dan oğurluq olub

25

May
13:39
HÜQUQ,HADİSƏ
230

Neftçala sakinindən 10 kq narkotik götürülüb

25

May
13:00
HÜQUQ,HADİSƏ
188

Biləsuvarda narkotacirlər tutuldu

25

May
12:40
HÜQUQ,HADİSƏ
211

Cahangir Hacıyev yenidən məhkəmə qarşısında

25

May
11:07
HÜQUQ,HADİSƏ
355

Faktiki hava şəraiti açıqlanıb

25

May
11:00
ÖLKƏ
317

Ay tutulmasının vaxtı məlum olub

25

May
10:19
ÖLKƏ
312

Neftin qiyməti bahalaşır

25

May
09:36
İQTİSADİYYAT
324

Atəşkəs 23 dəfə pozuldu

25

May
09:25
HƏRB
312
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-05-2020 00:35





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru