Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2013
21:00
ATƏT-in MQ həmsədrləri Xocalı aeroportunun açılması ehtimalını müzakirə ediblər

 ATƏT-in Minsk qrupunun həmsədrləri Vyanada Minsk qrupu ölkələrinin səfirləri qarşısında martın 18-dən 22-nə və aprelin 1-dən 6-na qdərə Qarabağ münaqişəsi regionuna səfərlərinin yekunları ilə bağlı bəyanatla çıxış ediblər.

Bu müddət ərzində tərəflərə Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsində yardım göstərilməsi üzrə işlər davam etdirilib.

Bəyanatda deyilir ki, həmsədrlər martın 21-də Yerevanda prezident Sarkisyan və XİN rəhbəri Nalbandyanla görüşüblər.

Bakıda onları prezident Əliyev və XİN rəhbəri Məmmədyarov qəbul edib.

Martın 19-20-də və aprelin 4-5-də Dağlıq Qarabağa iki ayrı-ayrı səfər zamanı həmsədrlər “regionun de-fakto hakimiyyəti” ilə görüşüblər.

Aprelin 4-də təmas xəttinin qarşı tərəfə və əks istiqamətdə keçilməsi zamanı həmsədrlər yerli rəhbərlik nümayəndələri ilə təhlükəsizlik məsələlərini və son hadisələri, habelə təmas xətti boyunca həyat şəraitini müzakirə ediblər.

Həmsədrlər Novruz və Pasxa bayramı günlərində təmas xəttində nisbətən sakitlik olduğunu qeyd ediblər və bu sakitliyin davam edəcəyinə ümid etdiklərini bildiriblər.

Həmsədrlər prezidentlərlə Dağlıq Qarabağa və əks istiqamətdə mülki aviasiya uçuşları məsələsini müzakirə ediblər.

Prezidentlər sülh prosesinə sadiq olduqlarını təsdiq ediblər və yüksək səviyyədə əlaqələrin davam etdirilməsini dəstəklədiklərini bildiriblər. Həmsədrlər sülh prosesinin davam etdirilməsi üçün yaxın həftələrdə iki ölkənin XİN rəhbərlərinin növbəti görüşünü təşkil etməyi planlaşdırırlar, deyə bəyanatda bildirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:16





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru