Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

09 Aprel

2013
12:12
Natiq Cəfərli: ”Orta və kiçik sahibkarların güclənməsi və hakimiyyətdən kənar pul qazanması onların sonradan siyasi səhnədə ciddi bir fiqura çevrilməsinə şərait yarada bilər”

“Banklar faiz dərəcələrini dövlət müdaxiləsi olmadan belə aşağı sala bilərlər. Sadəcə bankların liberallaşdırılmasına və iri bankların Azərbaycana buraxılmasına dövlət tərəfindən şərait yaradılmalıdır. Lakin Azərbaycan hökuməti buna icazə vermir və eyni halda maraqlı da deyil. Belə ki, nə rəqabətli mühit yaradır, nə də ki, Mərkəzi Bankın uçot dərəcəsini aşağı çəkmir ki, bununla da ölkə banklarındakı faiz dərəcələri yetərincə aşağı düşsün.”

Bu sözləri FaktXeber.com-a iqtisadçı-ekspert Natiq Cəfərli ölkədə fəaliyyət göstərən bankların əhaliyə verdiyi kreditin faizlərinin həddən artıq yuxarı olması ilə bağlı açıqlama verərkən qeyd edib: “Mərkəzi Bank yerli banklara aşağı faiz dərəcəsi ilə kredit verərsə, nəticədə ailəyə ucuz kreditlər təklif edilə bilər. Lakin bunu etmək istəmirlər. Səbəbi isə yerli bank sisteminə güvənin olmaması ilə bağlıdır. Azərbaycan hakimiyyəti və Mərkəzi Bank bizdən də yaxşı bilir ki, ölkənin bank sistemi tamamilə oliqarxik bir qurumdur. Yəni hərəsi bir oliqarxa bağlı olan banklardır.”

Oliqarxlara bağlı olan bankların rəqabətli mühitə tab gətirə bilmədiyini qeyd edən ekspert, “ iqtisadi terminlə bu tip banklara stress testləri keçə bilməyən banklar deyilir. Yəni onların quruluşu və iş qabiliyyəti siyasi hakimiyyətlə bağlı olduğuna görə irəli gedir. Mərkəzi Bank çox yaxşı bilir ki, həmin bankların alt yapısı  ciddi deyil ”, - deyə bildirdi: “Faiz dərəcələrinin yüksək olmasının digər bir səbəbi isə siyasi məsələ ilə bağlıdır. Belə ki, ucuz kredit olan yerlərdə biznes mühiti daha da canlana bilir. Nəticədə isə kiçik və orta sahibkarlar da güclənəcək ki, bu da Azərbaycan hakimiyyətinə sərf eləmir. Adı çəkilən sahibkarların güclənməsi və hakimiyyətdən kənar pul qazanması onların sonradan siyasi səhnədə ciddi bir fiqura çevrilməsinə şərait yarada bilər.“

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
250

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
245

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
486
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 00:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru