Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

08 Aprel

2013
13:30
ATƏT Oğuzda ağac əkdi
Oğuzda tarla qoruyucu meşə zolağının salınması aksiyası keçirilib

FaktXəbər-in məlumatına görə, İqtisadi Tədqiqatlar Mərkəzi  (İTM) ATƏT-in Bakı ofisinin maliyyə dəstəyi ilə icra etdiyi «Torpaqların münbitliyinin qorunması məqsədilə torpaq istifadəçilərinin maarifləndirilməsi və ictimai vəkillik» layihəsi çərçivəsində 6 aprel 2013-cü ildə Oğuz rayonunda tarlaqoruyucu meşə zolağının salınması aksiyası keçirib.

Bu məqsədlə Oğuz rayonunda səfərdə olan İTM ekspertləri tarlaqoruyucu meşə zolağının salınacağı ərazini yerli icra hakimiyyəti ilə razılaşdırdıqdan sonra ağacların əkilməsi üçün hazırlıq işləri görülüb, ərazi abadlaşdırılıb və çalalar qazılıb. Daha sonra Şəki rayonu Çeşməli kəndində yerləşən Qüdrət Əhmədova məxsus şəxsi tingçilik təsərrüfatından 100 ədəd Eldar şamı alınaraq Oğuz rayonuna, tarlaqoruyucu meçə zolağının salınacağı əraziyə gətirilib.

Meşə zolağının salınması aksiyasında Oğuz rayon icra hakimiyyəti başçısının müavini, Aqrar şöbənin müdiri Azad Əliyev, Oğuz Şəhər Bələdiyyəsinin Həmkarlar təşkilatının sədri Etibar Əliyev, rayonda fəaliyyət göstərən aqronomlar və digər fəallar iştirak edib.

Meşə zolağı salındıqdan sonra İTM-in eksperti Vahid Məhərrəmov əkilən ağaclara aqrotexniki qaydalara uyğun şəkildə qulluqla bağlı ətraflı məlumat verib, aksiya iştirakçılarının suallarını cavablandırıb.
Layihə çərçivəsində növbəti tədbir torpaq istifadəçiləri, fermerlər, bələdiyyə torpaqları icarəçiləri üçün təlimlər və tarla təcrübəsi olacaq.

Qeyd edək ki, ötən il analoji tədbirlər Göyçay rayonunda həyata keçirilib.

Məqalədə : ATƏT Oğuzda əkdi 
Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 20:18





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru