Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Aprel

2013
21:16
Əli Hüseynli: “ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil”

“ATƏT-in Azərbaycandakı nümayəndəliyinin hazırkı statusunun dəyişdirilməsini tam dəstəkləyirəm”.

Bunu açıqlamasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

Komitə sədri qeyd edib ki, Azərbaycan artıq sosial-iqtisadi inkişaf səviyyəsinə görə ATƏT ilə bu səviyyədə əməkdaşlıq etməli deyil: “Yəni ATƏT-in Bakı ofisinin indiki statusu Azərbaycanın inkişaf səviyyəsinə uyğun deyil. Ona görə də bununla bağlı bir dialoq oldu və bizim də öz mövqeyimiz var. Hesab edirəm ən azından tərəflər başa düşməlidirlər ki, Azərbaycan, məsələn, beynəlxalq iqtisadi forumun keçirildiyi bir dövlətdir, ilk Avropa oyunlarının keçirildiyi bir ölkədir. Bütün bunlar isə artıq tam təhlükəsizlik və sosial inkişaf deməkdir. Eyni zamanda biz çoxlu sayda ictimai, siyasi və qlobal məsələlərə ev sahibliyi edirik və s. Yəni Azərbaycan dövlətinin hazırkı statusu artıq kifayət qədər yüksək səviyyədədir və ATƏT də Bakı ofisinin statusunu buna görə müəyyənləşdirməlidir”./apa

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
266

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
257

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
529
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 04:42





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru