Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

05 Aprel

2013
15:37
Lənkəran dindarlarına hökm oxundu
Jurnalist Araz Quliyev 8 il azadlıqdan məhrum edilib

Lənkəran Ağır Cinayətlər Məhkəməsində  Xeber44.com online-nəşrin baş redaktoru, sentyabrda həbs edilmiş Araz Quliyevin  və daha 7 nəfərin işi üzrə  hökm çıxarılıb. Vəkil Fariz Namazlının Turan-a verdiyi məlumata görə, A.Quliyev Cinayət Məcəlləsinin 228.1 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə), 283.1 (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə), 324 (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər)  təqsirli bilinərək  8 il azadlıqdan məhrum edilib.

Digərləri Xalid Kazımov 8 il  Ziya Tahirov 7 il, Rza Ağalı 7 il, Namiq kişiyev 4 il 6 ay , Surac Ağayev 5 il, Nicat Əliyev 4 il 6 ay və  Vüsal Quliyev 3 il  şərti cəza verilib.

Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi A. Quliyev özünü ona qarşı irəli  ittihamlarla günahkar saymadığını bildirib. O, bu ittihamların səbəb kimi hakimiyyəti tənqid edən yazılar yazmasını göstərib.

Vəkil həmçinin 324 (Azərbaycan Respublikasının dövlət bayrağı və ya Azərbaycan Respublikasının dövlət gerbi barədə təhqiredici hərəkətlər)  maddəsində heç bir maddi subutun olmadığını  gətiriərək bu maddənin nədən ona verildiyini  anlamır. Buna görə də vəkil ona verilmiş  bu ittihamlarla razılaşmayaraq hüquqlarının müdafiə elədiyi şəxsin həbsini siyasi sifarişli sayıb.

Digər müttəhimlər də özlərini təqsirli saymadıqlarını bildiriblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
242

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
225

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
206

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
230

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
217

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
336

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
336

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
343

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
347
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 03:32





  fa[email protected]

Valyuta.com

Рейтинг@Mail.ru