Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Aprel

2013
10:29
Fatih Terim: `Hakim `Real Madrid`in adından qorxdu`
Norveçli hakim "Qalatasary"ın iki penalti cəriməsini vermədi

FaktXəbər-in məlumatına görə, "Qalatasaray" baş məşqçisi Fatih Terim, "Real Madrid"ə 3-0 məğlub olduqları oyundan sonra mətbuat konfransı keçirib.

Terim hakimin "Real Madrid" adından qorxduğunu və bu səviyyənin hakimi olmadığını söylədi: ""Real Madrid"in qalibiyyətini hakimlə əlaqələndirmək düzgün deyil. Hakim məncə "Real Madrid"in adından qorxdu. Çünki nə verdiyi qərarlar, nə də mövqeyi belə səviyyəli oyunlar üçün deyil. Bu cür oyunlarda əllə oynamağı görməsən və hər qərarı yanlış versən o zaman oyunu düzgün idarə edə bilməzsən. Bu bizim üçün bir bəhanə deyil, amma oyunu yaxşı oynadığımız anlarda bizim üçün pis nəticə verdi. 3-0 dan sonra bir möcüzə olacaqmı? Futbolda hər şey var, amma "Real Madrid" ilə 3-0 dan sonra oynamaq asan deyil. Türkiyədə azarkeşlərimiz qarşısında yaxşı oyun sərgiləyəcəyik."

"Real Madrid" baş məşqçisi Joze Mourinyo, "Qalatasaray" ilə oynadıqları oyuna münasibət bildirərkən deyib ki, oyuna ciddi hazırlaşmışdıq. Ç ox yaxşı müdafiə olunduq. Bu müdafiə sayəsində qollar vurduq. "Qalatasaray" isə əlindən gələni etdi.

Cavab oyunu haqda danışan portuqaliyalı məşqçi bildirib ki, "Qalatasaray"a hörmət edirik. Bunu ciddi bir şəkildə söyləyirəm. "Qalatasaray" azarkeşlərinə də hörmət edirik. Droqba və Weslej Sneyder narahat oldular. Onların qarşısını necə alacağımızı bilirdik.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

DİM işçi axtarır, maaş 2500-3700 manatdır

20

Oktyabr
12:57
ELM / TƏHSİL
300

Sabahın hava proqnozu

20

Oktyabr
12:32
ÖLKƏ
177

Azərbaycan nefti bahalaşır

20

Oktyabr
11:45
İQTİSADİYYAT
372

Kabildə güclü partlayış baş verib

20

Oktyabr
11:14
DÜNYA
282

Neftin qiyməti yenidən azalıb

20

Oktyabr
09:46
İQTİSADİYYAT
317

AMB-nin valyuta məzənnələri

20

Oktyabr
09:30
İQTİSADİYYAT
252
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2021 23:39





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru