
“TRT 1”də yayımlanan “Sakarya-Fırat” serialında Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun qəhrəmanlıq hekayəsinə yer veilməsi bu gün Azərbaycanda yazılı və sosial mediada ən çox müzakirə olunan mövzulardan biri olub.
Serialın martın 27-də yayımlanan bölümündə Mübariz İbrahimovun kimliyindən, necə şəhid olmasından bəhs edilib və “Mübarizi unutmayın” çağırışı əksini tapıb. Eyni zamanda serialın sözügedən bölümünün sonunda Mübariz İbrahimovun fotosu Türk şəhidlərinin fotolarının asıldığı lövhəyə yapışdırılıb.
Bu xoş jestin müəllifi, “Sakarya-Fırat” serialının ssenari müəllifi Süleyman Çobanoğlu “TRT Azərbaycan” saytının suallarını cavablandırıb.
- Necə oldu ki, serialda Mübariz İbrahimovdan bəhs etmək fikrinə gəldiniz?
- Mən Mübariz İbrahimovun hekayəsini mətbuatdan oxumuşdum. Türkiyə mətbuatında yer alan xəbərlər haqqında oxuduqdan sonra bütün hekayəni araşdırdım və Mübarizə heyran oldum. Elə o vaxtdan da bu qəhrəmanlıq hekayəsinə ssenaridə yer verməyi düşünürdüm. Bilirsiniz, “Sakarya-Fırat”ın mövzusu da vətənpərvərlik, qəhrəmanlıqdır. Ssenaridə yeri gəlincə, atmosfer yaranınca, Mübarizin hekayəsini də işləmək qərarına gəldim. Bu vasitəylə Mübarizi də yad etmiş olduq. Buna görə çox xoşbəxtəm. Şəhidlərimiz unudulmamalıdır. Yeddi nəsil sonraya bu hekayələr çatdırılmalıdır.
- Siz bu təklifi edincə, serial rejissorunun, prodüserinin reaksiyası necə oldu?
- Biz Osman bəylə (serialın rejissoru Osman Sınav) zaman-zaman Mübariz İbrahimovun hekayəsi ilə bağlı danışırdıq. Bu qərarı da hamımızın razılığıyla qəbul etdik. Hər kəs də məmnun oldu. Çünki həm hekayə serialın ruhuna çox uyğundur, həm də Mübariz İbrahimovun fövqəladə şəxsiyyəti, mübarizəsi bizim hamımızda heyranlıq doğurmuşdu. Reaksiyalardan TRT rəhbərliyinin də, türk ictimaiyyətinin də bu jestdən məmnun olduğunu gördük.
- Mübariz İbrahimovun hekayəsində ən çox diqqətinizi çəkən nə idi?
- Onun özünü həsr etməsi, fədakarlığı. Hər hansı bir mənafe güdmədən, böyük bir fədakarlıqla mübarizə aparması, həqiqi qəhrəman olması. Bu cür qəhrəmanlıqlar, fədakarlıqlar unudulmamalıdır. Bu cür hekayələr yaşadılmalı, gələcək nəsillərə çatdırılmalıdır. Qəhrəmanları xalq yaşadır. Dünyanın hər yerində qəhrəmanlar bu cür hekayələrlə yaşadılır, yadda qalır. Biz də bu səbəbdən Mübariz İbrahimovun timsalında Azərbaycan türklərinin mübarizəsinə diqqət çəkmək istədik.
- Azərbaycandan reaksiyalar gəldimi?
- Mən hər seriyadan sonra sosial mediada serialla bağlı nə yazıldığına, nə deyildiyinə baxıram. Bu gün də sosial mediaya göz gəzdirincə, canlı bir atmosfer gördüm. Azərbaycanlı qardaşlarımız sağ olsunlar, ürəkdən dəstək və minnətdarlıq hisslərini bölüşürlər. Biz “Sakarya-Fırat” serialında zaman-zaman Kərkük, Kıbrıs, Bosniya, Doğu Türküstan məsələlərinə diqqət çəkirik. Mübariz İbrahimovun hekayəsinə yer verməyimiz də cəmiyyətdə bizim yaxın coğrafiyamızda, qardaş ölkədə yaşananlarla və bu cür qəhrəmanlarla bağlı şüur yaranmasına xidmət etmək istəyimizdən irəli gəlir.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi