Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

19 Mart

2013
12:07
`ASAN xidmət`də əhaliyə göstəriləcək xidmətlərin sayı artırılıb
"ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, inzibati xətalara dair cərimələrin qəbulu, sığorta xidmətləri həyata keçiriləcək

FaktXəbər-in məlumatına görə, prezident İlham Əliyev "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 706 nömrəli Fərmanında və həmin Fərmanla təsdiq edilmiş "ASAN xidmət" mərkəzlərinin fəaliyyətinin təşkili və xidmətlərin göstərilməsi Qaydaları"nda dəyişikliklər edilməsi barədə Fərman imzalayıb.

Fərmanda deyilir ki, 2.2.-nin 4.6-cı və 4.7-ci bəndlər əlavə edilib. Bu əlavələrə görə, "ASAN xidmət" mərkəzlərində aşağıdakı bank xidmətləri, cari bank hesablarının açılması, valyuta mübadiləsi, "ASAN xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət rüsumlarının və xidmət haqlarının qəbulu, inzibati xətalara dair cərimələrin qəbulu, sığorta xidmətləri həyata keçiriləcək.

Əlavəyə görə, "ASAN-xidmət", həmçinin avtomobillərin sığortası, daşınmaz əmlakın sığortası, hüquqi yardım xidmətləri, hüquqi məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar və arayışlar verilməsi, məhkəmələrə iddia ərizələrinin verilməsi ilə bağlı hüquqi yardım göstərilməsi, ərizələrin, şikayətlərin və hüquqi xarakterli sənədlərin tərtib edilməsi, vətəndaşların müraciəti əsasında digər növ hüquqi yardım göstərilməsi, bütün növ sənədlərin dövlət dilinə və ya dövlət dilindən digərinə tərcümə edilməsi ilə bağlı xidmətlər, tibb xidmətləri, tibbi arayışların verilməsi, ilkin tibbi yardım göstərilməsi, rəsmi internet informasiya ehtiyatı vasitəsi ilə göstərilən xidmətlər, real vaxt rejimində növbənin tutulması, vətəndaş müraciətlərinin real vaxt rejimində qəbulu və cavablandırılması, "Asan xidmət" mərkəzlərində göstərilən bütün xidmətlər üzrə vətəndaşların məlumatlandırılması, e-asan bölməsi vasitəsi ilə "Asan xidmət" mərkəzlərində göstərilən xidmətlərlə bağlı dövlət orqanlarına müraciətlərin qəbulunun və həmin müraciətlərin cavablandırılmasının elektron formada təşkili, mərkəzlərdə quraşdırılan xüsusi terminallar vasitəsi ilə göstərilən xidmətlər, mobil rabitə və internet xidmətlərinin ödənişi, kommunal xidmətlərin ödənişi, kredit və sığorta ödənişlərinin həyata keçirilməsini reallaşdıracaq.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
166

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
179

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
181

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
240

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
191

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
490
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 17:26





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru