Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2013
21:04
Ehtiyatda olan zabitlər piketi təxirə saldılar

Bu gün “SeDEP” QHT-lər koalisiyası, o cümlədən “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi ictimaiyətə açıqlanmış 19 (on doqquz) məhkəmə qətnaməsinin Müdafiə Nazirliyi tərəfindən uzun illər icra edilməməsi problemlərinə həsr  olunmuş növbəti  mətbuat konfransı keçirib.
FaktXəbər-in məlumatına görə, tədbiri giriş sözü ilə açan koalisiya rəhbəri Yaşar Cəfərli tədbir iştirakçılarına Dəyirmi Masanın məqsəd və vəzifələrini açıqlayıb.

Yaşar Cəfərli qeyd edib ki, 19 qanuni qüvvədə olan məhkəmə qətnamələrinin icra olunmaması tələbi  ilə bağlı sabaha planlaşdırılan  piket idarə heyətinin qərarına əsasən təxirə salınıb.  Y.Cəfərli aksiyanın keçirilməsi ilə bağlı Bakı şəhər icra hakimiyyətinə müraciət olunsa da, bu günə heç bir cavab gəlmədiyini  də bildirdi: “14 mart 2013-cü ildə Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisi Ruaf Kişiyev qətnamələrdə adı çəkilən Daşdəmir Əliyev, Pərviz Hacıyev və Azər Qasımovu qəbul edib. Martın 15-də isə təşkilatın sədri kimi Rauf Kişiyev məni qəbul edib və biz qanuni qüvvədə olan və icra edilməyən məhkəmə qərarlarının icra olunamamsının səbəblərini müzakirə etmişik. Rauf Kişiyev bizin tələbimizin haqlı olmasını, qətnamələrin icra olunmasında bir sıra anlaşılmazlıqlar olduğunu bildirdi. Həmçinin, Rauf Kişiyev Müdafiə naziri Səfər Əbiyevin qətnamələrin icra olunması ilə bağlı  rəsmi göstəriş verdiyini  də qeyd etdi. Müzakirələrdə   qənaətbəxş olmayan sadəcə müddət məsələsi idi.  Bütün bu danışıqları nəzərə alaraq biz piketi təxirə salırlıq. Bizdən heç kim, heç nə tələb etməyib, bizə şərt qoyulmayıb."

     “Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi” nin direktoru Telman Əbilov çıxış edərək bildirdi ki, bütün bütün sivil ölkələrdə piketin, mitinqin,etiraz aksiyasının elan olunması onun keçirilməsi kimi dəyərləndirilir: “Piketi keçirməkdə bizim məqsədimiz qanuni qüvvədə olan və icra olunmamış  məhkəmə qətnamələrini bir daha ictimaiyətin diqqətinə çatdırmaq, dayanmış prosesə təkan vermək idi”.
    
    Tədbirdə iştirak edən Müdafiə Nazirliyinin Hüquq idarəsinin şöbə rəisi Emin Əzimzadə  çıxış edərək bildirdi ki, məhkəmələrin qəbul etdikləri qətnamələr Azərbaycan Respublikasının adından çıxarıldığını və bunun üçün icrasının məcburi olmasını vurğulayan Müdafiə naziri Səfər Əbiyev qətnamələrin icrası olunması üçün  rəsmi göstəriş  vermişdir. “Qətnamələrin icra olunmamasından söhbət gedə bilməz. Məlumat üçün bildirmək istəyirəm ki, Hacıyev Pərvizin işi artıq icraya yönəlib. əşimov Eldarın qətnaməsi də yaxın günlərdə icra olunacaq”.
 

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
536

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
657

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:26



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru