Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Mart

2013
11:26
Sinoptiklərindən xəbərdarlıq
Azərbaycan sinoptikləri ölkə ərazisində qeyri-sabit hava şəraitinin hökm sürəcəyi ilə bağlı xəbərdarlıq edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən FaktXəbər-ə verilən məlumata görə,  martın 19-dan 20-dək Azərbaycan ərazisində hava şəraitinin dəyişiləcəyi, qeyri-sabit keçəcəyi, fasilələrlə yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının intensiv və güclü olacağı ehtimalı var. Qərb küləyi martın 19-da gündüz arabir 15-20 m/s-dək, ayrı-ayrı yerlərdə 25-30 ms-dək güclənəcək. Temperatur tədricən 4-7 dərəcə enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Martın 19-da Bakı və Abşeron yarımadasında hava şəraitinin buludlu, arabir yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.

Bakıda havanın temperaturunun gecə 4-7, gündüz 8-12 dərəcə isti olacağı proqnozlaşdırılır.

Martın 20-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir, səhər zəif duman olacaq.

Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar yağacağı gözlənilir. Martın 19-da gündüz yağıntının tədricən kəsiləcəyi, martın 20-də əsasən yağmursuz olacağı proqnozlaşdırılır. Havanın temperaturu gecə 2-6, gündüz 7-12 dərəcə isti olacaq, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacağı proqnozlaşdırılır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
47006

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45175

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46770

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46385

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51931

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
46040

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46563
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2020 16:32





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru