Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Mart

2013
20:44
Azərbaycanın Sankt-Peterburqdakı Baş Konsulluğu qarşısında piket keçirilib

Azərbaycanın Sankt-Peterburqdakı (Rusiya) Baş Konsulluğu qarşısında bir qrup şəhər sakini piket keçiriblər. APA-nın Rusiya KİV-ə istinadən verdiyi məlumata görə, aksiya azərbaycanlı əsilli iş adamı Vaqif Məmişov tərəfindən şəhərdəki keçmiş Farforov qəbiristanlığının ərazisinin bir hissəsində ticarət-əyləncə mərkəzinin tikintisinə etiraz olaraq təşkil olunub.

Aksiya zamanı xoşagəlməz hadisə baş verib. Belə ki, iki naməlum şəxs piketdə iştirak edən bir yaşlı qadına yaxınlaşaraq onun plakatını cırıblar və onun üstünə süd töküblər. Rusiyanın KİV-i bu şəxslərin azərbaycanlı olduğu barədə məlumatlar yayıblar.

Azərbaycanın Baş Konsulluğu isə bu məlumatları təkzib edib: «Bu insident əvvəlcədən planlaşdırılıb və təxribat xarakteri daşıyırdı. Biz bu məsələ ilə bağlı narahatlığımızı bildiririk, şəhər sakinlərini və soydaşlarımızı bu cür təxribatlara uymamağa çağırırıq. Məsələ ətrafında yaranan vəziyyət Rusiyanın və bu ölkənin şirkətlərinin daxili işidir. Məsələnin Baş Konsulluğa və Azərbaycan Respublikasına heç bir aidiyyəti yoxdur».

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Fevralın 26-na manatın məzənnəsi

25

Fevral
17:52
İQTİSADİYYAT
303

Misirin diktatoru öldü

25

Fevral
15:08
DÜNYA
502
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


26-02-2020 08:43



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru