Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2013
12:18
ATƏT-in Bakı ofisi fəaliyyətini dayandıra bilər
Hakimiyyət beynəlxalq təşkilatları ölkədən çıxarmağa hazırlaşır

İqtidarın seçki planı açıqlandı: beynəlxalq müşahidəyə imkan verilməyəcək, bütün seçki layihələri məhdudlaşdırılacaq

ATƏT-in baş katibi Lamberto Zanyer martın 15-də Azərbaycana səfər edəcək. Səfər zamanı onun prezident İlham Əliyev, XİN rəhbəri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub. Tərəflər ATƏT ilə Azərbaycan arasında ikitərəfli münasibətləri, eləcə də Qarabağ münaqişəsinin nizamlanmasının gedişini müzakirə ediblər. Bu barədə ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin məlumatında deyilir. A.Zanyerin vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşünün olub-olmayacağı açıqlanmır.

Diplomatik qaynaqlardan əldə etdiymiz məlumata görə, ATƏT sədrinin səfiri zamanı hökumətin qaldırdığı bir məsələ ciddi müzakirə olunacaq. Əslində A.Zanyerin səfəri də bununla bağlıdır.

Mənbə bildirib ki, rəsmi Bakı ATƏT-in Azərbaycanda fəaliyyətinin tamamilə məhdudlaşdırılması, yaxud diplomatik nümayəndəliyin qapadılmasını istəyir. Hökumət beynəlxalq təşkilatın apardığı «zərərli» fəaliyyətdən rahatsız olduğunu bildirib və seçkilərlə bağlı ATƏT müşahidəçilərinin hazırladıqları hesabatları, müxalifət partiyaları ilə birgə keçirilən layihələri əsas gətirib.

Qaynağın məlumatına görə hökumət ATƏT-dən tələb edir ki, həyata keçirdiyi bütün layihələri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırmalıdır. Əks halda buna imkan verilməyəcək. Xəbərdə qeyd olunur ki, Rəsmi Bakının bu tələbi ATƏT-in Daimi Şurasında müzakirəyə çıxarılacaq. Əgər Şura Bakı ofisinin fəaliyyətinin tam məhdudlaşdırılması barədə qərar versə, missiya Tiflisdəki fəaliyyətinin həcmini genişləndirəcək. Mənbə ATƏT sədrinin Bakıda keçirdiyi görüşlər zamanı Azərbaycan rəsmilərini inandırmağa çalışacağını, əks halda ölkənin beynəlxalq təşkilatla qarşıdurmaya sürüklənəcəyini qeyd edib.

Qaynaq bildirib ki, Rəsmi Bakı Avropa Birliyinin, Avropa Şurasının Bakı ofislərinin, Qərb səifrliklərinin və təşkilatların fəaliyyətindən də narahatdır. Bu qurumlar ciddi nəzarət altında saxlanılır, onların yerli əlaqələri diqqətlə araşdırılır.

Məlumata görə ATƏT-ə olan təkliflər digər qurumlara da göndərilib, amma bu barədə hələlik müzakirələr başlamayıb. «Əgər Bakının israrları davam edərsə seçkilərdə Azərbaycanada beynəlxalq müşahidə missiyası gəlməyə bilər»-deyə mənbə vurğulayıb.

Xatırladq ki, martın 9-da Novxanıda ATƏT-in təşkil etdiyi, müxalifətçi gənclərin də qatıldığı seminara polis müdaxiləsi olmuşdu. Gənclər həbs edilərək polis bölməsinə aparlmışdı, tədbirdə müdaxiləyə görə dayandırılmışdı.

Bir neçə gün əvvəl isə jurnalist Eyunnal Fətullayev ABŞ-ın Milli Demokratiya İnstitununu (MDİ) Azərbaycanda facebook inqilabı hazırladığı, bu məqsədlə 2 milyon dollar xərcələyəcəyi barədə yazısı rezonans doğurdu. ABŞ səfirliyi və MDİ yazıdakı iddiaları təkzib edərək yalan adlandırmışdılar. Bu barədə «Bizim Yol»a şərh verən tanınmış politoloq Rauf Mirqədirov 2 milyon dolların bankdakı hərəkəti barədə informasiyaların xüsusi xidmət orqanları tərəfindən jurnalistə ötürülməsi versiyasını istisna etməmişdi.
Xatırladq ki, yaxın keçmişdə ölkə parlamenti müvafiq nanuvericliklərə dəyişiklik edərərk qeyri hökumət təşkilatlarının xarici donorlardan qrant almaq imkanlarını tam nəzarətə götürmüşdü. İkik gün əvvəl Prezidentin təsdiqlədiyi dəyişikliklərə görə qeydiyyatı olmayan QHT-lər hər-hansı layihədə partnoyr olmaq hüququndan belə məhrum edilir. Bütün qrant vəsaitləri barədə dövlət qurumlarına tez-tez məlumatlar verilməlidir, əks halda QHT-ləri ağır cərimə sanksiyaları gözləyir.

Dəiyşikliklərin daha bir mühüm aspekti partiyalara və ictimai təşkilatlara verilən ianələrin dövlət nəzarəti altında həyata keçirilməsini təmin etməkdir. Bundan sonra bütün 200 manatdan çox olan bütün ianələr ancaq banklar vasitəsi ilə köçürülə bilər, nağd ötürülmə cinayət məsuliyyəti yaradır.

Ekspertlər seçkiqabağı hökumətin bu pereventiv tədbirlərini müxalifət və ona yaxın təşkilatların xarici, yerli donorlardan maliyyə almaq imkanlarının məhdudlaşdırılması ilə izah edirlər.

Xatırladq ki, Avropa Birliyinin Genişlənmə üzrə komissarı Ştefan Fule tərədaşlıq proqramına qoşulan ölkələrdəki demokratiya tərəfdarlarının onlardan hər cür dəstək alacaqlarını vəd etmişdi. Hökumətin sərt nəzarət tədbirləri bu bəyanatdan qısa müddət sonra həyata keçirilməsi ilə diqqət çəkdi.

Hökumətin son tədbirlərindən, diplomatik qaynağın verdiyi məlumatlardan belə nəticə çıxır ki, hökumət seçkiqabağı ölkədə total nəzarət sistemi bərqərar edəcək. Seçkilərlə bağlı layihələrin həyata keçrilməsinə, müşahidəsinə, alternativ sayıma imkan verilməyəcək./Bizim Yol

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
259

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 18:45





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru