Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Mart

2013
11:17
ATƏT-in Bakı Ofisində yoxlama aparılması barədə məlumatlara aydınlıq gətirilib
ATƏT-in Bakı Ofisi onlarda yoxlama aparılması barədə yayılan məlumatlara aydınlıq gətirib

FaktXəbər-in məlumatına görə, ATƏT-in Bakı Ofisindən bildiriblər ki, bu gün Azərbaycanın bəzi media orqanları ATƏT-in Bakı Ofisi haqqında həqiqətə uyğun olmayan məlumatlar dərc edib. "Bununla əlaqədar bəyan edirik ki, hazırda ATƏT-in Bakı Ofisində heç bir yoxlama aparılmır. Ofis həmişəki fəaliyyətini, o cümlədən layihələrin icrasını, eləcə də hökumət orqanları və vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlığı davam etdirir", ATƏT-in Bakı Ofisinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunub ki, digər tərəfdən, media orqanlarının ATƏT-in Bakı Ofisinin mövqeyini öyrənmədən bu cür xəbərləri yayması təəssüf doğurur. "Bunun jurnalist etikasına zidd olduğunu bir daha xatırlatmaq istərdik", bəyanatda bildirilib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Azərbaycanda koronavirusa yoluxanların sayı açıqlanıb

27

May
16:40
BÖLMƏNİ DÜZ SEÇ!
161

Sabahın hava proqnozu açıqlanıb

27

May
13:49
ÖLKƏ
264

Lənkəranda zəlzələ olub

27

May
12:08
ÖLKƏ
276
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


27-05-2020 19:47





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru