Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2013
16:45
ATƏT-dən açıqlama: `Bu hadisə sadə anlaşılmazlıq nəticəsində baş verib`
"ATƏT-in Bakı ofisi ümid edir ki, müvafiq orqanlar gələcəkdə qurumun keçirdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atacaq"

Bunu ATƏT-in Bakı ofisi martın 9-da Novxanıdakı tədbiri zamanı mülki geyimlilərin təlim iştirakçılarını saxlamasına dair açıqlamasında deyir:

ATƏT-in Bakı ofisinin mətbuat xidmətinin rəhbəri Rəşad Hüseynov AzadlıqRadiosunun sorğusuna cavab olaraq bunları bildirib:

«Martın 7-dən 10-dək ATƏT-in Bakı ofisi Böyük Britaniyanın səfirliyi ilə birlikdə siyasi partiyaların gənclər təşkilatları üçün «Təlimçilərin təlimi» kursunu təşkil edib. Bu tədbir haqqında bütün aidiyyatı dövlət orqanlarına qabaqcadan məlumat verilmişdi.

«Martın 9-da axşam saatlarında polis işçiləri otelə daxil olaraq, təlim iştirakçılarını polisə aparacağını bildirib, ancaq oteldən bir qədər aralandıqdan sonra onları geri qaytarıb.

ATƏT-in Bakı ofisi inanır ki, bu hadisə sadə anlaşılmazlıq nəticəsində baş verib. Ümid edirik ki, müvafiq orqanlar gələcəkdə ATƏT-in Bakı ofisinin təşkil etdiyi tədbirlərin təhlükəsizliyini təmin etmək üçün lazımi addımlar atacaq».

Bir neçə gün əvvəl Novxanıda ATƏT-in siyasi partiyaların gənclər təşkilatları üçün keçirdiyi təlimlə polis müdaxiləsi olub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
271

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
257

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
529
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 05:17





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru