Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Mart

2013
14:49
Aydın Mirzəzadə: “Müharibə vəziyyəti və Azərbaycan ordusunun vaxtaşırı döyüş hazırlığında olması itkilərə şərait yaradır”

2013-cü ilin əvvəlində ordudakı qeyri-döyüş itkilərinin sayı 22 nəfərə çatıb. Bu göstərici isə iki günə bir əsgər deməkdir. Eyni halda baş verən ölüm halları ölkənin ictimai-siyasi həyatına da kifayət qədər ciddi təsir göstərdi. Belə ki, ordudakı ölüm hadisələrinə etiraz olaraq son iki ay ərzində 3 dəfə iri miqyaslı aksiya keçirildi. Lakin orduda baş verənlərlə bağlı ictimaiyyətdə kifayət qədər ciddi narazılıqların olmasın baxmayaraq hökumət səviyyəsində nəzərə çarpan hər hansı tədbir görülmür.

Yaranmış durumla bağlı FaktXeber.com-a açıqlama verən Aydın Mirzəzadə bildirdi ki, müharibə aparan ölkənin heç zaman qeyri-döyüş itkisi olmur. Hərbi forma geyinərək əlində silahlı şəkildə dünyasını dəyişən itkinin döyüş itkisi olduğunu bildirən müsahib, “ fərqi yoxdur ki, düşmən gülləsi ilə dünyasını dəyişən və ya arxa cəbhədə maşın qəzasına düşsün. Bunların hər ikisi döyüş itkisi hesab edilir”, - deyə bildirdi: “Bunun qarşısının alınmasının yeganə yolu Ermənistanın işğalçı ordusunun Azərbaycan ərazisindən çıxarılması ilə bağlıdır. Müharibə vəziyyətində olan ölkənin çox təəssüf ki, itkiləri olur. Müharibə vəziyyəti və Azərbaycan ordusunun vaxtaşırı döyüş hazırlığında olması itkilərə şərait yaradır.”

“Xəstəlikdən və nizamnamədən kənar hərəkətlərə görə dünyasını dəyişən əsgərlərlə bağlı nə deyə bilərdiz”,- sualını da cavablandıran Aydın bəy, “hesab edirəm ki, orduda baş verə biləcək itkilərin hamısı döyüş itkiləridir. Deyərdim ki, əksər əsgərlərin nizamnamədən kənar və ya xəstəlik üzündən dünyasını dəyişməsi ilə bağlı səsləndirilən fikirlər həqiqəti əks etdirmir”, - deyə bildirdi: “Əsgərlərin xəstəlikdən ölməsi ilə bağlı faktların isə hamısı araşdırılır və müvafiq tədbirlər görüləcək.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Bələdiyyə seçkilərində “Exit-poll” keçirilməyəcək

11

Dekabr
19:05
BÖLMƏNİ DÜZ SEÇ!
195

Elmar Məmmədyarov Latviyaya gedib

11

Dekabr
16:08
SİYASƏT
206

Məşhur diktor deputat olmaq istəyir

11

Dekabr
16:05
SİYASƏT
312

Bərdədə evdə partlayış olub, xəsarət alan var

11

Dekabr
14:46
HÜQUQ,HADİSƏ
240
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


11-12-2019 21:53



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru