Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

07 Mart

2013
16:08
1309
Dövlət Sosial Müdafiə Fondu strukturunda kütləvi kadr dəyişiklikləri edilib

DSMF-nin İctimaiyyətlə əlaqə sektorunun müdiri Elman Babayev Trend-in sorğusuna cavab olaraq bildirib ki, 2012-ci ildə Fondun yerli orqanları üzrə 15 şöbə müdirinin və digər inzibati vəzifələr tutan 60 əməkdaşın (Gəlirlər sektoru üzrə-15, Pensiya təyinatı sektoru üzrə-20, Maliyyə-uçot sektoru üzrə-13, Fərdi uçotun təşkili sektoru üzrə-9, hüquq sektoru üzrə-3) müvafiq vəzifələrə rotasiyası həyata keçirilib.

Babayevin sözlərinə görə, 2013-cü ilin ötən dövrü ərzində isə Dövlət Sosial Müdafiə Fondunun 10 rayon şöbəsi müdirinin, 1 departament direktorunun və digər inzibati vəzifələr tutan 13 əməkdaşının (Pensiya təyinatı sektoru üzrə) rotasiyası tətbiq edilib.

Belə ki, Fond üzrə müvafiq əmrə əsasən, DSMF Aparatının Pensiya sənədləri və müraciətlərlə iş şöbəsinin müdiri, Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş departamentinin direktoru, Bakı şəhərinin Qaradağ, Yasamal, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Xətai rayon və Abşeron rayon şöbələrinin müdirləri rotasiya qaydasında yeni vəzifələrə təyin olunmuşlar.

Onun sözlərinə görə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində korrupsiyaya qarşı mübarizə tədbirləri, o cümlədən "Dövlət qulluğu haqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qulluqçularının potensialının səmərəli istifadəsi, xidməti və peşəkarlıq səviyyəsinin artırılması məqsədi ilə onların rotasiyası Dövlət Sosial Müdafiə Fondu tərəfindən davamlı olaraq həyata keçirilməkdədir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Əli Kərimli həbs olundu - VİDEO

19

Oktyabr
18:54
ÖLKƏ
1144

Sabah 26 dərəcəyə qədər isti olacaq

19

Oktyabr
13:17
ÖLKƏ
65

Azərbaycan neftinin qiyməti bahalaşıb

19

Oktyabr
12:03
İQTİSADİYYAT
90

ƏRBƏİN - Aşuranın 40-cı günü

18

Oktyabr
16:27
MƏNƏVİYYAT
316

Eyyyy... Növbədə nə var? - ANALİZ

18

Oktyabr
15:39
ANALİZ
353
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


21-10-2019 01:19



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru