Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

06 Mart

2013
14:10
Natiq Cəfərli: ““Topaz” nöqtələrində monitorinq aparsaq müşahidə edərik ki, orada olan insanların əksəriyyəti gənclər və tələbələrdir”

Milli Məclisin martın 5-də keçirilən plenar iclasında deputat Məlahət İbrahimqızı totalizator oyunlarından danışıb. O, qeyd edib ki, son vaxtlara qədər “Topaz”ın nə olduğunu bilmirdim. Amma Nəsimi rayonundan 13 qadın mənə müraciət edib: “Guya bu, gənclərin asudə vaxtını təşkil etmək məqsədilə yaradılıb. Amma insanlar evlərini uduzur, həyatlarını mənəviyyatsız bir şeyə həsr edirlər. Gənclərimizin mənəvi, fiziki sağlamlığı ilə bağlı bizim olimpiya komplekslərimiz var. Hətta universitetlərdən şikayətlər var. Gündən-günə xərçəng xəstəliyi kimi yayılan bu “Topaz” deyilən yerləri bağlamaq lazımdır”.

Spiker Oqtay Əsədov isə xanım millət vəkilinin çıxışına cavab olaraq “Topaz qumarxana deyil, ona görə yaradılıb ki, gənclər idmanın inkişafına töhfə versin”, kimsə nəsə şikayət edə bilər, araşdırma aparaq görək nə məsələdir”, - deyə bildirib.

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən iqtisadçı-ekspert Natiq Cəfərli diqqət çəkən məqamlara toxundu. “Topaz”ın bir qumar oyunu olduğunu bildirən ekspert, “bunun idmana müəyyən köməkliyi və dəstəyi olduğunu o vaxt deyə bilərdik ki, şəffaflıq lazımı formada təmin edilərdi. Belə ki, “Topaz”ın dövriyyəsi, gəlirləri, hara yatırımlar etdiyi haqqında cəmiyyətə bu günə qədər doğru dürüst məlumatlar verilməyib“, - deyə bildirdi: “Onda müəyyən mənada deyə bilərdik ki, “Topaz”ın idmanın inkişafına kifayət qədər təsiri var. Bunlar baş vermədikdə "Topaz" bəzi yüksək məmurların və oliqarxların biznes vasitəsinə çevrilib. Onda belə bir sual meydana çıxır ki, “Topaz” bir qumar oyunu kimi ölkəyə nə verir?”

Natiq bəy onu da bildirdi ki, “Topaz” hələ ki, yiyələrinə və sahiblərinə xeyir verməklə məşğuldur: ““Topaz” Bu sahəni kontrol edən iri məmurlardan başqa heç nəyə ciddi xeyir verməyib. Artıq bu oyun gənclərin xəstəliyinə çevrilib və onlar bunun aludəçisi olublar. “Topaz” nöqtələrində monitorinq aparsaq müşahidə edərik ki, orada olan insanların əksəriyyəti gənclər və tələbələrdir. Bu da nəticədə həmin gənclərin və tələbələrin borca girməsinə, oğurluq etməsinə və öz istehlak xərclərini “Topaz”a qoymasına gətirib çıxarır. Problemin qarşısını yalnız bu sahədə ciddi şəkildə şəffaflığı və nəzarətin gücləndirməklə almaq mümkündür.”  

Müsahib sonda qeyd etdi ki, dövlətdə bu işlə bağlı müəyyən lobbiçilər və məmurlar vardır ki, problemlərin həllində maraqlı deyillər: “Çünki bu sahə qeyri-şəffaf şəkildə fəaliyyət göstərdikcə, həmin şəxslərin gəlirləri xeyli miqdarda artır.”

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Salyanda avtomobil yolu yenidən qurulur

02

İyun
14:45
NƏQLİYYAT
151

Taliban lideri koronovirusdan ölüb

02

İyun
13:13
DÜNYA
291

Sabah Bakıda 32 dərəcə isti olacaq

02

İyun
13:08
ÖLKƏ
222

Yerə daha bir asteroid yaxınlaşır

02

İyun
10:42
DÜNYA
206

Bu ay 10 gün qeyri-iş günü var

02

İyun
10:33
ÖLKƏ
388

Nyu Yorkda talan başlayıb

02

İyun
10:23
DÜNYA
636
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 15:38





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru