Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Mart

2013
22:34
Ali Məhkəmənin hakimləri piketə dəvət edilib
Piketin müdafiə naziri Səfər Əbiyevin evinin qarşısında keçirilməsi nəzərdə tutulub

Bu gün “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi Müdafiə naziri Səfər Əbiyevin Bakı ş., Yasamal r-nu, Hərbi şəhərcik, “Qızıl Şərq” küçəsində yerləşən malikanəsinin qarşısında 9 mart 2013-cü il tarixdə keçirilməsi planlaşdırırlan etiraz aksiyasında iştirak etmək üçün  aşağıda adları göstərilən hakimlərə dəvətnamə göndərib:

Ali Məhkəmənin hakimləri

Mirzəliyev Əsəd Abdulla oğlu
Rustamov Əli Məhəmməd oğlu
Kalbalıyev Aslan Kalbalı oğlu
Əliyev Toğrul Məhəmməd oğlu
Əliyev Ələsgər Əliabbas oğlu
Şadıyev Ənvər Əhməd oğlu
Ağayev Rəşadət Əhməd oğlu

Bakı Apelyasiya Məhkəməsinin  hakimləri:

Səmədov Tofiq Səməd oğlu
Əsədov Mehdi Təyyaz oğlu
Əliyev Togrul Məhəmməd oğlu
Məmmədov Sədi Əhməd oğlu
Abbasov Natiq Mehdi oğlu
Abdullayeva Aygün Abdulla qızı

Bakı şəhər Səbail rayonu məhkəməsinin hakimləri:

Əmirxanova Kəmalə Fərman qızı
Bağırov Nurəddin Abuzər oğlu
Əhmədov Rauf Dəmirqan oğlu
Nəsibov Famil
Kərimov Yusif Əli oğlu
Namazov Alim

Piketdə iştirak etmək üçün dəvət olunan hakimlər Müdafiə Nazirliyi tətəfindən uzun illər icra edilməyən 17 məhkəmə qətnaməsini qəbul etmiş hakimləridir. Onlara ünvünlanan müraciətdə deyilir:
 
“Hörmətli hakimlər!
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinin 3-cü hissəsində göstərilib ki, “Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir: qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir”.

Bildiyimiz kimi məhkəm qətnaməsi dövlət adından çıxarılr və icrası bütün dövlət orqanları üçüm məcburdir. Çox təəssüf ki, Sizin qərarınızla qəbul edilmiş və qanuni qüvvəyə minmiş 17 məhkəmə qətnaməsi uzun illərdir ki, Müdafiə Nazirliyi tərəfindən icra edilmir. Bizim araşdırmalar göstərir ki, qətnamələrin icra edilməməsinə görə məsuliyyət şəxsən  Müdafiə naziri vəzifəsini tutan vətəndaş Əbiyev Səfər Axundbala oğlunun üzərinə düşür.

Bu qətnaməlrin icra edilməsinə nail olmaq üçün bizim tərəfimizdən uzun illərdir ki, atılan addımlar heç bir nəticə verməmişdir. Biz bu məmur özbaşınalığına etiraz əlaməti olaraq, piket keçirmək qərarına gəlmişik. Hesab edirik ki, məhkəmə qətnamələrinin icra etməməklə Səfər Əbiyev sizlərə də hörmətsizlik etmiş olur. Çünki nazirin bu hərəkətindən (hərəkətsizliyindən) belə çıxır ki, o ona verilmiş səlahiyyətlərdən sui-istifadə etsə də olar, amma Sizlərə Konstitusiya ilə verilmiş səlahiyyətlər faktiki olaraq bir məmur tərəfindən əlinizdən alınır. Aydındır ki, hakimlər də öz qərarlarının icra edilməsində maraq olmalıdırdır. 

Dövlət hakimiyyətinin bir qolu olaraq məhkəmələr tərəfindən verilən qərarların  digər dövlət hakimiyyəti orqanlar tərəfindən ira edilməməsinə, bu qərarların icra edilməməsilə həm də hakimlərin nüfuzununza vurulan zərbələrə və onlara qarşı edilən hörmətsizliyə etiraz əlaməti olaraq Sizləri də 9 mart 2013-cü ildə Müdafiə Naziri Səfər Əbiyevin malikanəsinin qarşısında keçiriləcək piketdə iştirak etməyə dəvət edirik. Piket 15.00-dan 17.00-dək təşkil olunacaq.

Hörmətlə, Yaşar CƏFƏRLİ, e.o. polkovnik-leytenant, “Ehtiyatda və İstefada olan Zabitlər” İB-nin sədri, “SeDEP” QHT-lər Koalisiyasının”nın prezidenti"


Xatırladırıq ki, “SeDEP“ QHT-lər koalisiyası, o cümlədən “Ehtiyatda və İstefada olan Zabitlər” ictimai birliyi qanuni qüvvədə olan məhkəmə qətnamələrinin uzun illər ərzində icra edilməməsinə görə piket keçirmək niyyətindədir.
Bu məqsədlə Bakı Şəhər icra hakimiyyətinə müraciət olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 15:03



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru