Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

02 Mart

2013
23:06
Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb.

FaktXəbər-in məlumatına görə, görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri İan Kelli, Jak For, İqor Popov və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anjey Kaspşik iştirak ediblər.

Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətlə əlaqədar narahatçılıq ifadə edilib.

Həmsədrlər regiondakı status-kvonun qəbulolunmaz olduğunu bir daha vurğulayıblar.

Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanın qeyri-konstruktiv mövqeyinin münaqişənin həllinə mane olduğunu qeyd edərək, sülh prosesinin irəliləməsi, bütün regionda sülh və sabitliyin bərqərar olunmasına zəmin yaradılması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılmasının zəruri olduğunu vurğulayıb.

Görüşdə münaqişənin həlli istiqamətində səylərin davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
242

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
300

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 06:31





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru