Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

25 Fevral

2013
21:37
Tofiq Yaqublu barəsində seçilən tədbirin dəyişdirilməsi üçün vəsatət hazırlanıb
Vəsatəti yaxın günlərdə Nəsimi Rayon Məhkəməsinə veriləcək

İsmayıllı hadisələrində günahlandırılan Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin əməkdaşı Tofiq Yaqublu barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsi üçün vəsatət hazırlanıb. Vəkil Akif Əlizadə fevralın 25-də “Media forum” saytına deyib ki, vəsatəti yaxın günlərdə Nəsimi Rayon Məhkəməsinə verəcəklər.

Vəkil hesab edir ki, Tofiq Yaqublunun həbsdə saxlanması üçün əsas və zərurət yoxdur: “Çünki onun daimi yaşayış yeri, qeydiyyatda olduğu mənzil var. Həbsdən əvvəl istintaqla könüllü əməkdaşlıq edib, nə vaxt çağırsalar istintaqa gedərək ifadə verib. Tofiq Yaqublunun qaçıb gizlənməsi, istintaqın gedişinə təsir göstərməsi ehtimalı və imkanları yoxdur. Ona görə də həbs qərarı ev dustaqlığı ilə əvəz olunmalıdır”.

Akif Əlizadə bildirib ki, hazırda hər hansı istintaq hərəkəti aparılmır: “Həbsə qədər üç dəfə istintaq hərəkəti həyata keçirilib. Tofiq Yaqublu şahid qismində dindirilib, sonra təqsirləndirilən şəxs kimi dindirilib və şahidlərlə üzləşdirilib. Həbs ediləndən sonra isə hər hansı istintaq hərəkəti aparılmayıb. Buna baxmayaraq biz zəruri müdafiə tədbirlərini görürük”.

Tofiq Yaqublu Bakı İstintaq Təcridxanasında saxlanılır. Fevralın 4-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. O, Cinayət Məcəlləsinin 233-cü və 315.2-ci maddələri ilə ittiham olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
247

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
301

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
548
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 07:27





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru