Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2013
17:04
İmmunitetin xalq təbabəti üsulları ilə möhkəmləndirilm­əsi

Sizə immuniteti möhkəmləndirmək­ üçün bir neçə xalq təbabəti üsulu təqdim etmək istərdik.

Bu üsullardan həm xəstəlik zamanı, həm profilaktik tədbir kimi istifadə etmək olar.

- 1/2 limonu qabığı ilə xırda doğrayın. Orta ölçüdə olan 7-8 sarımsaq dişini doğrayın və limona əlavə edin. Limonla sarımsaq qarışığını 1/2l-lik bankaya yığın və üzərinə banka dolana qədər qaynanmış ilıq su əlavə edib 4 gün ərzində qaranlıq yerdə saxlayın. Sonra limonla sarımsağı çıxarmayraq soyuducuya qoyun. Hər gün səhər yeməyindən 20 dəq. əvvəl qəbul edin. Bu təbii dərmanı qış və yaz ərzində hər gün qəbul edin.

- 500 qr xırdalanmış qoz, 300 qr bal, 100 qr aloe bitkisinin şirəsi, 4 limonun şirəsini yaxşı qarışdırın və 1 gün ərzində qaranlıq yerdə saxlayın. Gündə 3 dəfə 1/2 saat yeməkdən əvvəl 1 xörək qaşığı qəbul edin.

- Qara qarağat, exinaseya, melissa, meşə çiyələyi yarpaqları və itburnu meyvələrini xirdalayın və qarışdırın. Bu qarışıqdan 1 xörək qaşığı götürüb üzərinə 250 ml qaynar su əlavə edib 3 saat ərzində dəmləyin. Bu dəmləməni gün ərzində qəbul edin.

- Kişmiş, qoz və ərik qurusu (hərəsindən 1 xörək qaşığı) xırda doğrayın və qarışdırın. Üzərinə 1 xörək qaşığı bal və 1/2 limonun şirəsini əlavə edin. Yaxşı qarışdırın. Qış ərzində hər gün 1 xörək qaşığı qəbul edin.

- 1 xörək qaşığı sürtgəcdən keçirilmiş topinamburun üzərinə 1 stəkan qaynar su əlavə edin və 1 saat ərzində dəmləyin. Sonra süzün və 1 çay qaşığı bal əlavə edib gün ərzində qəbul edin.

Dr. Tofiq

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
60938

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
58667

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
60365

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
60010

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
65579

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
59813

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
59995
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


18-01-2021 05:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru