Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

21 Fevral

2013
09:23
`Ehtiyatda və İstefada olan Zabitlər` İB yürüş və piket keçirəcək

FaktXəbər-in məlumatına görə, “Ehtiyatda və İstefada olan Zabitlər” İctimai Birliyində (İB) qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin Müdafiə Nazirliyi tərəfindən icrası problemlərinə həsr olunmuş mətbuat konfransı keçirib.

İB-dən verilən xəbərə görə, tədbir iştirakçılarına Müdafiə Nazirliyi tərəfindən uzun illər icra edilməyən 17 məhkəmə qətnaməsi haqqında məlumat verilib. Bildirilib ki, bu, yalnız ictimai birliyə daxil olan məlumatlardır.

Sonra qanunvericilik aktlarından məhkəmə qətnamələrinin icra edilməməsinə görə sitatlar tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

Birliyin sədri Yaşar Cəfərli məhkəmə qətnamələrinin icrasına nail olmaq məqsədilə həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə danışıb. Ədliyyə Nazirliyinin binasından Müdafiə Nazirliyinin binasınadək yürüş və piketin keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciətin göndərilməsi, Səbail rayon məhkəmə icraçılarının hərəkət və hərəkətsizliyindən məhkəməyə şikayət verilməsi, aclıq aksiyası keçirmək belə tədbirlər sırasındadır.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Şərhlər
adi vətəndas tərəfindən 21-02-2013 13:23:36 tarixində yazıldı
munasibət
Bir çox məhkəmə qərarlarınınhəlli MN-nin rəhbərliyindən asılı deyl. Məsələn məzuniyyət əvəzinə pul kompensiyasının verilməsi barə Nazirlər Kabinetinin müvafiq sərəmcamıhələki xidmətdə olan olan hərbi qulluqçularıra şamil olunur.
doktor ed tərəfindən 21-02-2013 13:24:18 tarixində yazıldı
piketə münasibət
Ay Yaşar yorulmadın bu yürüş və piketlərdən, get kişi işi ilə məşğul ol, balalarına çörək apar,"yazanşik" olma.Camaatı özünə qoşub avara eləmə.
doktor ED tərəfindən 21-02-2013 13:53:23 tarixində yazıldı
PİKET
İnternetdəki xəbərlərdə bir müğənnilərdi birdə Yaşar Cəfərli.Ay qardaş bir az da vətəndən, qeyrətdən, müharibədən yazın. Milləti döyüşə hazırlamaq lazımdır. Ardı var.
sehid ailesi tərəfindən 21-02-2013 14:11:09 tarixində yazıldı
teleb
Yaxşı olar ki tələblərnizi yuxarı orqanlar qarşısında qaldırasız
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 14:49



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru