Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Fevral

2013
20:25
`ASAN Xidmət` Mərkəzinin adından dələduzluq edən saxta MTN əməkdaşı həbs edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi özünü Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edən şəxsi ifşa edib.

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, əvvəllər törətdiyi dələduzluq cinayətlərinə görə məhkum olunmuş Bağırov Bəxtiyar Əlisa oğlu Bakı şəhər sakini İsmayılov Namiq Rəhim oğlunu guya Milli Təhlükəsizlik Nazirliyinin nəzdində yaranacaq “ASAN Xidmət” Mərkəzinə işə düzəltmək barədə yalan vəd verərək ondan əvvəlcə 2 500 manat, sonra isə mərkəzin tikintisində qalmış bəzi təmir işlərinin yekunlaşdırılması məqsədilə daha 3 800 manat pulunu aldatma yolu ilə ələ keçirib dələduzluq edib.

Öz cinayətkar fəaliyyətini davam etdirən B. Bağırov Bakı şəhər sakini Vəliyev Niyazi Şaiq oğlunun da etibarından sui-istifadə edərək sonuncuya bacısı Əhmədova Aygün Şaiq qızının Ali Məhkəməyə hakim köməkçisi vəzifəsinə işə təyin etdirəcəyi barədə yalan vəd verərək 65 000 manat pulunu almaqla özgənin külli miqdarda əmlakını ələ keçirərək təkrar dələduzluq edib.

Fakta görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə)  maddəsi ilə cinayət işi başlanıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
181

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
189

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
186

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
245

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
196

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
500
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


04-06-2020 18:14





  [email protected]om

Valyuta.com

Рейтинг@Mail.ru