Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

15 Fevral

2013
14:30
REAL Hərəkatı ATƏT-ə müraciət edib
"Azərbaycan hakimiyyətinə bütün mümkün siyasi təsirlərin göstərilməsini xahiş edirik"

REAL hərəkatının idarə heyəti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) müdiri Janes Lenarçikə müraciət ünvanlayıb.

Müraciətdə bildirilir: "Azərbaycanda 2013-cü il oktyabr ortasında növbəti prezident seçkiləri keçiriləcəkdir. Bütün DTİHB müşahidə hesabatlarından göründüyü kimi, ölkənin seçki tarixçəsi ədalət və azadlıq baxımından bərbaddır. Hərəkatımızın sədri İlqar Məmmədovun bu günlərdəki həbsi hər hansı tərəqqi perspektivini daha da daraldır.

Bir neçə ay əvvəl İlqar Məmmədovu prezidentliyə namizədimiz qismində ictimaiyyətə təqdim elədik və onun rəsmən 2013-cü il fevralın 9-da namizəd elan edəcəyimizi bildirdik.

Lakin, 2013-cü il fevralın 4-də o, iki ay müddətinə həbs edildi. Ona qarşı uydurma ittiham məhkəmə tərəfindən dəstəklənsə, o, yeddi ilə qədər azadlıqdan məhrum edilə bilər. Siyasi məhbus istehsalçısı kimi fəaliyyət göstərən Azərbaycan məhkəmələrinin dərin problemləri haqqında Sizin Büro yaxşı məlumatlıdır.

Bir sıra beynəlxalq təşkilat - Human Rights Watch, Amnesty International, Revenue Watch Institute və digərləri – bu siyasi həbslə bağlı ciddi tənqidlərini ifadə ediblər. Avropa Birliyinin rəhbərləri də - Catherine Ashton, Stephan Füle, Thornbjorn Jagland və başqaları – bu işə mənfi münasibətlərini bildiriblər.

Namizədimiz səsvermə gününə 8 ay qalmış, yəni seçkilərin mühüm tərəfləri üçün həlledici vaxtda həbs edilib: namizədlər gələcək donorlardan ianə öhdəliklərinin əksəriyyətini məhz indi toplayır, eləcə də 40 min qeydiyyat imzası toplamaq üçün, ümumən kampaniya aparmaq üçün, seçki gününə aid fəaliyyətləri qurmaq üçün inzibati və kadr hazırlıqlarını məhz indi həyata keçirirlər.

İ.Məmmədov dərhal azad edilməsə, bu seçkidəki nəticəmizə ən güclü formada mənfi təsir göstərəcəkdir. İ.Məmmədovun dərhal sərbəst buraxılması üçün, seçkilərin demokratikliyi sahəsində Azərbaycanın öz beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün Azərbaycan hakimiyyətinə bütün mümkün siyasi təsirlərin göstərilməsini və digər uyğun addımların atılmasını ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosundan xahiş edirik"

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
242

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
300

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
547
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 06:12





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru