Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

14 Fevral

2013
10:07
Vərəm epidemiyası ilə bağlı həyəcan təbili çalındı
Cənub Afrikada heç bir dərmanın təsir etmədiyi vərəm epidemiyası yayılıb. Mütəxəssislər epidemiyanın Avropaya qədər gəlib çatacağından narahatdırlar

FaktXeber.com-un verdiyi məlumata görə ABŞ-ın Xəstəliklərin İdarə Edilməsi və Qorunması mərkəzi Cənubi Afrikada heç bir dərmanın yardımçı ola bilməyəcəyi epidemiyanın yayılması ilə bağlı həyəcan təbili çalıblar. Mütəxəssislər Cənubi Afrikada çoxlu sayda HİV infeksiyalı xəstənin olduğunu bildirərək, xəstəliyinin qarşısını almaq üçün heç bir antibiotik kömək etmədiyini söyləyiblər.

Cənubi afrikalılar ilk öncə antibiotikdən imtina etdiklərinə görə, hazırda onların bədənlərində super müqavimətə və təsirə malik bakteriyalar əməl gəlib. İndi isə həmin bakteriyalarla heç bir antibiotik mübarizə apara bilmir.

Dünya Sağlamlıq Təşkilatı məlumat yayıb ki, vərəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən xəstələr sona qədər müalicə almalıdır. Əks halda çox ciddi problemlər yarana bilər və heç bir antibiotik yardımçı olmayacaq.

Digər tərəfdən mütəxəssislər hesab edirlər ki, Cənubi Afrikada vərəmlə bağlı yaşananlar 1990-cı illərdə Nyu-Yorkda kütləvi şəkildə vərəm epidemiyasının yayılmasına gətirib çıxara bilər. Həmin dövrdə ABŞ xəstəxanalarına yerləşdirilən 32 nəfərdən 29-u dünyasını dəyişmişdi.

Qeyd edək ki, müqavimət gücü yüksək olan vərəm bakteriyalarına qarşı ən güclü dərman 40 il bundan əvvəl ABŞ-da hazırlanmışdır. "Bedaquilin" adlı dərman yalnız vərəm xəstələrinə verilir. Artıq dərmandan Avropada istifadə edilməsi üçün ABŞ-a müraciət edilib.  Lakin dərmanla müalicə əsnasında bəzi xəstələrin bilinməyən səbəblər üzündən dünyasını dəyişməsi müzakirələrə səbəb olub. Buna baxmayaraq avropalılar özlərini qorumaq üçün dərmandan istifadə etmək fikrində olduqlarını söyləyiblər.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
6700

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
5534

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
7061

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
7047

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
9787

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
6767
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


09-07-2020 02:43





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru