Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2013
16:06
ATƏT təmsilçiləri Müsavat Partiyasında olublar
Görüşdə İsmayıllıda baş verən xalq iğtişaşlarından sonrakı kütləvi həbslər müzakirə edilib

FaktXəbər-in məlumatına görə, fevralın 13-də ATƏT-in Bakı ofisinin nümayəndələri Müsavat Partiyasının qərargahında partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı ilə görüşüb. Tərəflər əsasən yanvarın 23-də İsmayıllıda baş verən xalq iğtişaşlarından sonrakı kütləvi həbsləri müzakirə edib.

Müsavat Partiyasının mətbuat xidmətindən verilən xəbərə görə, ATƏT təmsilçiləri Müsavat başqanının müavinii Tofiq Yaqublunun durumu ilə xüsusi maraqlanıb. T.Yaqublunun həbsinin təfərrüatları haqqında danışan Arif Hacılı bildirib ki, həbs tamamilə qanunsuzdur və Avropa qurumlarının ədalətli məhkəmə qərarına ümidlərini bölüşmür. A.Hacılının ATƏT təmsilçilərinin diqqətini T.Yaqublu və “REAL” hərəkatının sədri İlqar Məmmədovun İsmayıllıya kütləvi etirazlardan bir gün sonra getdiyinə yönəldib: “İstintaq isə onları kütləvi iğtişaşları təşkil etməkdə, hökumət nümayəndələrinə müqavimət göstərməkdə ittiham edir. Bu, absurddur. Baş verənlər hakimiyyətin öz siyasi rəqiblərinə qarşı qanunsuz addımıdır. Bu səbəbdən məhkəmə qərarının ədalət prinsipinə əsaslanacağını düşünmək yersizdir”.

Daha sonra tərəflər  ölkədəki ümumi ictimai-siyasi durumu müzakirə edib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"ASAN xidmət" işləməyəcək

04

İyun
16:21
ÖLKƏ
247

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

04

İyun
15:46
ELM / TƏHSİL
301

Lukaşenko yeni hökuməti təsdiqlədi

04

İyun
14:38
DÜNYA
237

Polis suda boğulan azyaşlını xilas etdi

04

İyun
13:41
HÜQUQ,HADİSƏ
271

Sabah Bakıda 29 dərəcə isti olacaq

04

İyun
13:34
ÖLKƏ
221

Sabahdan iş saatının vaxtı dəyişir

04

İyun
13:09
ÖLKƏ
548
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-06-2020 07:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru