Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

13 Fevral

2013
11:51
1817
Xəbərdarlıq: Pərdə və plyonka əməliyyatı başladı
"Qanunla nəqliyyat vasitələrinin icazə verilməyən örtüklərlə idarə edilməsi qadağandır və buna görə sürücülər məsuliyyət daşıyır"

FaktXəbər-in məlumatına görə, artıq paytaxt Bakıda, eləcə də respublikanın digər rayon mərkəzlərində və rayonlararası yollarda nəqliyyat vasitələrini qadağan olunmuş pərdə və plyonkalarla idarə edən sürücülərə qarşı reydlərə start verilib. Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib.

Şöbə rəisinin sözlərinə görə, qanunla nəqliyyat vasitələrinin icazə verilməyən örtüklərlə idarə edilməsi qadağandır və buna görə sürücülər məsuliyyət daşıyır.

"Nəqliyyat vasitələrini tətbiqinə icazə verilməyən örtüklərlə idarə edən sürücülər birmənalı olaraq bilməlidir ki, həmin pərdə və plyonkalar nəqliyyat vasitələrinin istismarının qadağan olunmasına səbəb olan nasazlıqlar siyahısına aid olduğundan, bu nasazlıq yerində aradan qaldırılması mümkün olmursa, həmin nəqliyyat vasitələri mühafizə olunan duracağa yerləşdirilir və həmin sürücülər İnzibati Xətalar Məcəlləsinin 155-ci maddəsinə (Nəqliyyat vasitələrinin sürücüləri tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) müvafiq olaraq 50 manat miqdarında cərimə olunurlar. Nəqliyyat vasitələri isə yalnız o nasazlıqlar aradan qaldırıldıqdan və həmin sürücüyə inzibati tənbeh verildikdən sonra mühafizə olunan duracaqlardan buraxılır" - deyə şöbə rəisi bildirib.

Yol Polisi İdarəsinin şöbə rəisi sürücülərə bu nasazlıqları təcili aradan qaldırmağı tövsiyyə edib.

"Sürücülərə tövsiyyə edirik ki, ümumiyyətlə öz avtomobilində tündləşdirmə həddi təyin olunmuş şüşələrə plyonkalar vurubsa və ya sənayə üsulu ilə hazırlanmayan digər tünd şüşələrdən istifadə edibsə, təcili bu çatışmazlıq və nasazlıqları aradan qaldırsınlar. Əks halda həmin sürücülər məsuliyyətdən kənarda qalmayacaqlar", deyə Əliyev vurğulayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 12-də Bakı Biznes Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışı zamanı avtomobillərdən plyonkaların yığışdırılması tapşırığını verib.

Qeyd edək ki, "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan hər hansı formada və ölçüdə örtüklər (plyonka, pərdə) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan edilməsinə əsas olan nasazlıqlar kimi müəyyən edilib.

Bu qanunun tələblərinə əsasən, işıqburaxma qabiliyyəti dövlət standartının tələblərinə uyğun olan, yalnız sənaye üsulu ilə hazırlanan rəngli şüşələrin tətbiqinə icazə verilir.

Qanunun tələbinə müvafiq olaraq, hər iki tərəfdə arxanı göstərən xarici güzgülər olduqda minik avtomobillərinin yalnız arxa şüşələrinə örtük (pərdə və plyonka) çəkməyə və ya sənaye üsulu ilə hazırlanan jalüz asmağa yol verilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 06:55



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru