Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2013
16:03
1743
Dövlət Sosial Müdafiə Fondu hesabat verdi
Dövlət Sosial Müdafiə Fondunda ötən ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib

FaktXəbər-in məlumatına görə, iclası giriş sözü ilə açan fondun sədri Səlim Müslümov vurğulayıb ki, DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2012-ci ildə də uğurla davam etdirilib. İlkin məlumatlara əsasən, 2012-ci ildə DSMF-nin gəlirləri əvvəlki ilə nisbətən 355 milyon manat və ya 17 faiz artaraq 2 mlrd. 475 mln. manat təşkil edib. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2011-ci ilə nisbətən 16 faiz artaraq 1 mlrd. 424 milyon manat olub.

Səlim Müslümov qeyd edib ki, sosial sığorta daxilolmalarının 62 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, il ərzində qeyri-büdcə sektorundan daxil olan sosial sığorta haqları üzrə proqnoz 114 faiz yerinə yetirilmiş, bu sektordan 877 mln. manat və ya 2011-ci ilə nisbətən 159 mln. manat, yaxud 22,1 faiz çox vəsait daxil olub. Bu, fondun fəaliyyət dövrü ərzində proqnozun icrası üzrə ən yuxarı rəqəmdir. Qeyd olunan artım büdcə təşkilatlarından daxilolmalar üzrə yaranmış 90,7 mln. manat kəsirin aradan qaldırılmasına və 2013-cü il yanvarın 1-nə fondun xəzinə hesabında 23 mln. manatlıq sərbəst qalığın yaranmasına imkan verib.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
175

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
122

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
143

Ərdoğan Azərbaycana səfərə yola düşüb

14

Oktyabr
12:29
SİYASƏT
76

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
111

Türk Şurasına sədrlik Azərbaycana keçdi

14

Oktyabr
11:29
SİYASƏT
72
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


14-10-2019 15:08



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru