Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

11 Fevral

2013
12:31
Təhsil Nazirliyi `Qaynar xətt`ə daxil olan müraciətlərin sayını açıqladı

Təhsil Nazirliyinin mətbuat xidmətindən FaktXəbər-ə daxil olan məlumata görə, ötən il Nazirliyin “Qaynar xətt” xidmətinə yanvarda 1441, fevralda 1629, martda 1629, apreldə 1265, mayda 1055, iyunda 1073, iyulda 2385, avqustda 1196, sentyabrda 1441, oktyabrda 974, noyabrda 613, dekabrda isə 762 müraciət edilib.

“Qaynar xətt” xidmətinə daxil olan müraciətlərin təhlili göstərir ki, təhsil sahəsində həyata keçirilən islahatlarla geniş ictimaiyyət yaxından maraqlanır. Belə ki, bütün sorğuların təxminən 70 faizindən çoxu ümumi təhsil məktəblərində müəllimlərin işə qəbulu üzrə mərkəzləşdirilmiş imtahanların təşkili, keçirilməsi və nəticələri ilə əlaqədar olub. Digər sorğularda hazırda təhsil sistemində həyata keçirilən proqramlar, beynəlxalq layihələr, ölkə və beynəlxalq fənn olimpiadaları, təhsil sisteminin maliyyələşdirilməsi, xaricdə təhsil, əlavə təhsil, ayrı-ayrı təhsil pillələrinə qəbul, ümumi təhsil məktəblərinin buraxılış siniflərində, ali və orta ixtisas təhsili müəssisələrində yeni qiymətləndirmə sistemi ilə bağlı sorğular üstünlük təşkil edib. Digər sorğular isə təhsil sənədlərinin alınması, nostrifikasiyası, məktəblilərin fənn olimpiadalarının təşkili, keçirilməsi və nəticələrinin öyrənilməsi ilə əlaqədardır.

Bir sıra sorğularda bütün pillələr üzrə təhsilin təşkili və idarəedilməsi, xaricdə təhsil, müəllimlərin dərs yükü, əmək haqqının hesablanması, təhsil sənədlərinin alınması və tanınması, məktəbəqədər, ümumi, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələri ilə əlaqədar məsələlər öz əksini tapıb.

Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə daxil olan bütün sorğular cavablandırılıb. Şikayət xarakterli müraciətlər isə nazirliyin müvafiq şöbələri və aidiyyəti struktur bölmələri tərəfindən araşdırılıb.

2012-ci ildə “Qaynar xətt” xidmətinə daxil olan 785 şikayət məzmunlu müraciət ümumi, texniki peşə, orta ixtisas, ali və məktəbdənkənar təhsil müəssisələri ilə bağlıdır. Bu qəbildən olan müraciətlərin əksəriyyəti ümumi təhsil müəssisələrindəndir. Belə ki, əsasən Bakı, qismən isə Sumqayıt, Gəncə və Şirvan şəhərlərindən daxil olan şikayət xarakterli müraciətlər çoxluq təşkil edir. Eyni zamanda Abşeron, Goranboy, Xaçmaz, Gədəbəy, Şəki, Qəbələ, Şamaxı, Lerik, Astara, Masallı, Saatlı, Beyləqan, Ağdam, Göygöl, Lənkəran rayonlarından digər rayonlara nisbətən daha çox şikayət daxil olub. Müraciətlərdə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkili, maddi-texniki təchizat sahəsindəki çatışmazlıqlar, idarəetmədə yol verilən nöqsanlar və digər məsələlər öz əksini tapıb.

Digər müraciətlərdə texniki peşə təhsili müəssisələrində tədris prosesinin təşkili və idarəolunması, şagirdlərin təqaüdlərinin və müəllimlərin əmək haqqının gecikdirilməsi, habelə digər məsələlərdən bəhs olunur.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
46851

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
45030

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
46615

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
46235

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
51746

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
45884

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
46438
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


20-10-2020 20:59





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru