Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2013
14:55
Azərbaycanda “Facebook” un nə qədər istifadəçisi var?
Son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 142 min artıb

FaktXəbər-in məlumatına görə, 2013-cü il fevralın 4-nə olan məlumata əsasən, Azərbaycanda “Facebook” istifadəçilərinin sayı 996140 nəfər təşkil edir. Müqayisə üçün bildirək ki, ötən ay bu göstərici 957 min nəfər təşkil edirdi. Son 6 ay ərzində Azərbaycanda “Facebook“ istifadəçilərinin sayı 142 min artıb. Azərbaycan “Facebook” istifadəçilərinin sayına görə tərtib edilmiş reytinqdə 82-ci yerdə qərarlaşıb. Bu barədə “socialbaker” saytı məlumat yayıb.

Müqayisə üçün qeyd edək ki, ötən ay 84-cü mövqedə qərarlaşmışdı. Azərbaycan reytinqdə Gürcüstan (85), Qazaxıstan (94), Belarus (107), Estoniya (106), Latviya (109), Ermənistan (113), Moldova (118), Özbəkistan (136), Qırğızıstan (148) ölkələrini qabaqlayır. “Socailbaker.com”-un versiyasına görə, Azərbaycanda “Facebook”dan əhalinin 12 faizi və ölkənin ümumi internet istifadəçilərinin 23.57 faizi istifadə edir.

Azərbaycanda “Facebook” istifadəçilərinin 497 mini 18-24 yaş aralığındadır. “Facebook” pərəstişkarlarının əksəriyyəti (64 faiz) əvvəlki kimi kişilərdir. “Facebook” istifadəçilərinin sayına görə ABŞ (164 milyon) əvvəlki kimi liderdir. Braziliya (65 milyon) ikinci, Hindistan (61 milyon) üçüncü, İndoneziya (48 milyon) isə dördüncü yerdə qərarlaşıb.

Qeyd edək ki, reytinqdə 213 ölkə təqdim edilib. Vatikan ən az “Facebook” istifadəçisinə (20 nəfər) malikdir

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
13089

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
11772

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
13195

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
12779

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
18139

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
12631

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
12781
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


05-08-2020 02:51





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru