Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

04 Fevral

2013
09:39
Ərdoğan Heydər Əliyev mərkəzi haqda danışıb
Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan Bakıdakı Heydər Əliyev Mərkəzinin memarlığından danışıb

Türkiyənin HaberTürk kanalında Fatih Atalayın “Teke tek” proqramında Türkiyədəki yeni layihələr, bu işlərə cəlb edilən memarlar haqqında danışan jurnalist Fatih Atalay memar Zara Hadidin bu layihələrə cəlb edilə biləcəyinə toxunub.
 
Ərdoğan isə deyib ki, “mən onun Azərbaycanda tikdiyini gördüm. Kənardan baxanda gözəl bir şey zənn edirsən. İçəri girirsən, bu qədər ərazini israf edən anlayış ola bilməz. Ancaq qazanıb dərəcə alıb.”
 
Ərdoğan deyib ki, “mən gələn memarlara da, öz memarlarımıza da deyirəm ki, öz mədəniyyətimizi əks etdirin. Çünki öz memarlıq ənənələrimiz var”.

Baş nazir türk memarlığındakı zövqü, estetikanı, rahatlığı başqalarında tapa bilmədiyini də deyib.

HEYDƏR ƏLİYEV MƏRKƏZİ BU İL MAYIN 10-DA AÇILIB
 
İnşasına 2007-ci ildən başlanılan Heydər Əliyev Mərkəzinə müxtəlif illərdə dövlət büdcəsindən ümumilikdə 251,1 milyon manat vəsait ayrılıb. Mərkəz 2012-ci il mayın 10-da - Heydər Əliyevin 89 illik yubileyində istifadəyə verilib.
 
İyulun 10-da prezident İlham Əliyev Heydər Əliyev Mərkəzinə direktor təyin edilməsi haqqında sərəncam imzalayıb. Bu posta Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov təyin olunub.
 
Mərkəzin açılış mərasimində prezident İlham Əliyev və ailəsi, hökumət rəsmiləri iştirak edib.

2012-ci il iyulun 20-də Heydər Əliyev Mərkəzində yanğın baş verib. \Azadlıqradiosu

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Paşinyan Batumidə “yoxa çıxdı”

18

Sentyabr
14:07
DÜNYA
232

Şuşada Milli Musiqi Günü keçirilir

18

Sentyabr
13:22
ÖLKƏ
205

Azərbaycan neftinin qiyməti artıb

18

Sentyabr
12:57
DÜNYA
196

Kabildə güclü partlayış, yaralılar var

18

Sentyabr
12:40
DÜNYA
220

Rusiyanın hərbi gəmiləri Bakıya gəlib - FOTO

18

Sentyabr
12:27
BÖLMƏNİ DÜZ SEÇ!
207

İrana 58 milyon doz peyvənd gətirilib

18

Sentyabr
11:37
DÜNYA
331

Dünya bazarında neft qiymətləri aşağı düşüb

18

Sentyabr
10:28
İQTİSADİYYAT
321

Azərbaycanda Milli Musiqi Günü qeyd olunur

18

Sentyabr
10:11
ÖLKƏ
333

Türkiyə ilk yerli peykini kosmosa buraxacaq

17

Sentyabr
15:25
DÜNYA
342
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


19-09-2021 02:08





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru