Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

31 Yanvar

2013
11:55
Baş Prokurorluq və FHN Şəmkirdə baş verən dəhşətli yanğınla bağlı birgə məlumat yayıb

Baş Prokurorluğun mətbuat xidmətindən FaktXəbər-ə verilən məlumatda bildirilir ki, yanvarın 31-də saat 01 radələrində Şəmkir çayı üzərində su anbarının tikintisini həyata keçirən Türkiyənin “Çingiz” inşaat-tikinti şirkətinin fəhlələrinin yaşadıqları yataqxanada yanğın baş verib. Dərhal hadisə yerinə FHN-in Şəmkir rayon Dövlət yanğından mühafizə hissəsinin şəxsi heyəti, maşın və mexanizmləri cəlb edilməklə yanğının qarşısı alınıb, yanğının genişlənməsinə və binanın digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində binanın 300 kvadrat metr ərazisi yanıb, həmçinin tikintidə çalışan fəhlələr - Türkiyə Respublikası vətəndaşları 1988-ci il təvəllüdlü Engin Yaşar və 1968-ci il təvəllüdlü Aladdin Özden ölüblər. Bundan başqa 1986-cı il təvəllüdlü Murat Altun, 1984-cü il təvəllüdlü Nasib Keçkin və 1963-cü il təvəllüdlü Levent Sürül isə aldıqları yanıq xəsarətləri ilə əlaqədar Bakı şəhərindəki 5 saylı şəhər klinik xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta ağırdır. Hazırda xəstələrə zəruri ilkin tibbi yardım göstərilir.

Şəmkir rayon prokurorluğunun və rayon Polis Şöbəsinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə, meyitlərə baxış keçirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 225.2-ci (yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib. Yanğının baş vermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

AMEA-da iş saatı dəyişdirildi

25

İyun
11:09
ÖLKƏ
18463

Növbəti buraxılış imtahanları başlayıb

25

İyun
10:59
ELM / TƏHSİL
17077

AMB-nin valyuta məzənnələri

23

İyun
10:11
İQTİSADİYYAT
18457

Nefti qiyməti bahalaşmağa başlayıb

23

İyun
09:30
İQTİSADİYYAT
18021

Xaricilər Həcc ziyarətinə gedə bilməyəcək

23

İyun
09:09
MƏNƏVİYYAT
23521

QMİ yaslarla bağlı xəbərdarlıq etdi

19

İyun
18:10
ÖLKƏ
17966

İyunun 22-də dolların manata qarşı məzənnəsi

19

İyun
17:55
İQTİSADİYYAT
18090
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


12-08-2020 07:53





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru