Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

30 Yanvar

2013
22:13
Rəsmi Bakı: `ATƏT-in Minsk qrupunun səyləri nəticə vermir`
Xələf Xələfovun fikrincə, Ermənistana beynəlxalq təzyiqlər artırılmalıdır

ATƏT-in Minsk qrupunun səyləri nəticə vermir. Bu sözləri Yaponiya Xarici İşlər Nazirliyinin Qafqaz, Mərkəzi Asiya və GUAM üzrə xüsusi nümayəndəsi Takeşi Hikiharanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edən Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib. XİN-in yaydığı məlumata görə, görüş zamanı qonaqlara ölkəmizin regiondakı rolu haqqında ətraflı məlumat verən X.Xələfov regionun inkişafı, buradakı sabitlik və təhlükəsizliyə başlıca maneə kimi 20 ildən artıq davam edən Ermənistanın Azərbaycana qarşı təcavüzünü göstərib.

Nazir müavini qeyd edib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş və Azərbaycanın işğal edilmiş ərazilərinin azad olunmasını tələb edən qətnamələrə əməl etməsi üçün Ermənistana beynəlxalq təzyiqlərin artırılmasının vacibliyini vurğulayıb.

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Prokurorluqda yeni təyinatlar olub

01

İyun
15:06
HÜQUQ,HADİSƏ
271

Kollec məzunlarının qeydiyyatı başlayıb

01

İyun
14:18
ELM / TƏHSİL
257

Sabah 37 dərəcə isti olacaq

01

İyun
13:36
ÖLKƏ
529
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


02-06-2020 05:30





  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru