
Artıq seçkilərə 9 aydan bir qədər az müddətin qalmasına baxmayaraq ölkənin müxalifət düşərgəsində çəkişmələr davam etməkdədir. Hələ də vahid koalisiya və namizəd müəyyən olunmayıb. Bəzi ekspertlər hesab edirlər ki, seçkilərə qədər bu birlik baş tutmayacaq. Digər tərəfdən ADP sədri Sərdar Cəlaloğlu bu gün rəsmən elan edib ki, gələn il keçiriləcək prezident seçkilərində öz namizədliyini irəli sürməyəcək. O, bu addımını vahid koalisiyanın baş tutması üçün etdiyini bildirib. “Bəs ölkə müxalifətini 9 aydan az bir müddət ərzində hansı düstur birləşdirə bilər?”
FaktXeber.com-un sualı ilə bağlı açıqlama verən ADP sədri Sərdar Cəlaloğlu maraqlı fikirlər səsləndirdi. Sərdar bəy qeyd etdi ki, hazırda seçkiyə getməyin iki taktikası var: “ Bunlardan biri ölkədə hakimiyyəti dəyişmək və yeni situasiya yaratmaq üçün, digəri isə seçkidə iştirak edərək ikinci, üçüncü dərəcəli məsələlərin həllinə çalışmaq. Hakimiyyəti dəyişdirmək üçün tələb edilən vaxt artıq əldən buraxılıb. Bunun üçün ən azından 2 il bundan qabaq fəaliyyətə başlanmalı və vahid koalisiya yaradılmalı idi. Vahid koalisiya yaratdıqdan sonra seçkilərə qədər regionlarda insanları aktivləşdirmək lazım idi ki, seçkilərdə hakimiyyət dinc yolla dəyişdirilə bilsin. Artıq bu imkan əldən buraxılıb.”
Müsahib onu da bildirdi ki, bundan sonra müxalifətin vahid bir mərkəz yaratması xalqın və millətin qarşısında duran ikinci üçüncü dərəcəli məsələlərin həllinə kömək edə bilər: “Vaxt baxımından qələbəni əldə etmək üçün hər hansı bir siyasi iş apara bilmərik. Görünən budur ki, Azərbaycan müxalifətində bu birliyin zərurətini hiss etmirlər. Necə ki, ərəb ölkələrində müxalifət meydanlara çıxaraq ciddi qüvvəyə çevrildi və bundan sonra dərhal proseslər öz axınını dəyişdi. Yəni bitkin və yetkin müxalifət olmasa nə beynəlxalq dəstək olacaq, nə də ki, dəyişiklik. Hesab edirəm ki, bunu hamı başa düşməlidir. Hər bir partiya və lider ən yaxşı halda seçkiyə birlikdə getməklə öz şəxsi maraqlarını təmin edə bilər. Çox təəssüf ki, Azərbaycan müxalifətindəki qrup və şəxsi maraqlar ümumi maraqları üstələyir.”
Vahid namizədin hamıdan ağıllı hesab edildiyini bildirən ADP sədri, “ halbuki bu belə deyil. Biz bunun təcrübəsini Qırğızıstan və Türkiyədə görmüşük. Qırğızıstanda hakimiyyət devriləndən sonra keçid hökumətinə bir xanım rəhbərlik etdi. Bundan sonra demokratik seçkilər keçirildi və xalq öz prezidentini seçdi ”, - deyə bildirdi: “Azərbaycanda da kimin birinci namizəd olması demək deyil ki, o kimdənsə ağıllıdır. Bu cür psixoloji durum müxalifət liderlərini bir araya yığmağa imkan vermir. Nə qədər ki, bu hiss aradan qalxmayıb Azərbaycanda ciddi dəyişiklər baş verməyəcək. “
“ 2013-cü il prezident seçkilərinə qədər ölkə müxalifətinin birləşməsi mümkün olacaqmı” , - sualını da cavablandıran Sərdar bəy, “siyasətdə insanların iradəsindən asılı olan məsələlər var. Belə ki, bəziləri özlərini naza qoymaq istəyirlər. Eyni halda iradədən asılı olmayan məsələlər də var. Yəni zərurət yarananda. Əgər beynəlxalq ictimaiyyət və xalq müxalifətin birliyini tələb etsə, bundan sonra müxalif qüvvələrin bir araya gəlməsindən başqa şansları qalmayacaq, ”, - deyə bildirdi: “Lakin məcburi şəkildə yaranacaq belə birliyin elə də effekti olmayacaq. Ona görə də çalışmalıyıq ki, şüurlu şəkildə başa düşək. Nə qədər ayrı-ayrı qüvvələr və partiyalar olsaq da, başa düşməliyik ki, Azərbaycan müxalifəti ən geniş koalisiyaya malik bir qüvvədir. Qarşımızda duran çətin vəzifələrin öhdəsindən hamımız birlikdə gəlməliyik. Ayrı-ayrı gəlməyimiz mümkün olmayacaq.”

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
25
İyun- 25-06-2020 11:41 Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO
- 18-06-2020 09:44 Deputatdan “Azərsu” rəhbərliyinə sərt ittihamlar
- 11-06-2020 11:15 Görkəmli italyan virusoloqdan insanlara koronavirusla bağlı şad xəbər
- 09-06-2020 15:35 Komitə sədri: "Sərt karantin rejiminin nəticələrini iyunun ikinci yarısında görəcəyik"
- 01-06-2020 16:12 Fuad Nağıyev: “Daxili turizmin inkişafı prioritet istiqamətdir”
- 20-05-2020 13:55 "Onlar qudurğan həyat tərzi ilə xalqa yanğı verdilər"
- 18-05-2020 17:44 "Trilyonlar itirilib, belə oyun olar?"
- 14-03-2020 12:02 "Atam 24 saat işləyir ki, ölkəsinə xidmət etsin" - Oqtay Şirəliyevin qızı
- 11-03-2020 13:15 Vüqar Bayramov: “Azərbaycan xarici şoklara çevik reaksiya verir”
- 28-02-2020 11:06 Baş epidemioloq: Koronavirusla bağlı təhlükə olsa, onu gizlədən deyilik
- 24-02-2020 14:23 Hacı İlham Əliyev: Dünya artıq ABŞ-ın yalanlarından doyub
- 12-02-2020 14:58 "Ölənlər 10-15 ilin vərəm xəstələridir, yaşlı adamlardır" - İnstitutun həkimi
- 12-02-2020 13:45 Seçkidə "karusel"ə cəlb olunan müəllimlər cəzalandırılacaq
- 04-02-2020 14:23 İşsiz qalan deputatlar nə ilə dolanacaq? - SORĞU
- 29-01-2020 12:31 Nərminin nənəsi: "Qızım və kürəkənimdə də günah var"
- 27-01-2020 13:37 Həyəcan təbili: Azərbaycanda boşanmaların əsas səbəbi sosial şəbəkələrdir
- 27-01-2020 12:05 Koronavirusa qarşı peyvənd varmı? - AÇIQLAMA
- 23-01-2020 11:45 Xuraman Şuşalı: "AzTV hicablı olduğuma görə məni efirlərə dəvət etmir"
- 16-01-2020 11:21 Saleh Məmmədovun Xırdalandakı sıxlıqla bağlı açıqlaması tənqid olundu
- 28-12-2019 13:09 Milyonlar qarşılığında satılan məktəblər, uşaq bağçaları - Misir Mərdanova ŞOK İTTİHAMLAR
- 05-12-2019 17:14 "Müsəlman ölkələri öz hüquqlarını qorumaq üçün güc toplamalıdır"
- 05-12-2019 13:52 Mübariz Qurbanlı: Müqəddəs yerlərə ziyarətlərin nizamlanması üçün lazımi tədbirlər görülür
- 28-11-2019 12:29 Hacıbala Abutalıbovun işdən çıxarıldıqdan sonra ilk müsahibəsi: “Ömür qısa, dəyməz qıza”
- 27-11-2019 10:51 Tağı Əhmədov Eldar Mahmudovu intihar etməyə çağırdı
- 25-11-2019 15:43 İcbari Tibbi Sığortaya keçid vaxtı dəyişildi