Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

16 Yanvar

2013
10:24
Binə Ticarət Mərkəzinin `pərdə arxası` qanunları
Sahibkarlar haqsızlıqlardan bezib, dərdlərinə əlac axtarırlar

Bir müddət əvvəl Heydər Əliyev adına Beynəlxalq Hava Limanı ətrafında yerləşən "Binə" Ticarət Mərkəzini Qaradağa köçürmə planları açıqlananda bir çoxları düşünürdü ki, belə bir addımın atılması bir çox aspektlərdən müsbət dəyərləndirirdilər. Ancaq Ticarət Mərkəzinin Qaradağa köçürülməsi sahibkarlarla rəhbərlik arasında dərin uçurum yaratdı. Bu yöndə dövrü mətbuatda da davamlı olaraq məlumatlar gedir. "Binə" Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədovanın özbaşına hərəkətləri sahibkarları cana yığıb. Sahibkarlardan əlavə "haqq"ların yığılması sahibkarları daha ciddi addımlar atmağa vadar edib. Bütün bu məsələlərin həqiqətə nə qədər yaxın olub-olmadığını öyrənmək məqsədi ilə "Binə" Ticarət Mərkəzində olduq. Onu da qeyd edək ki, Binə Ticarət Mərkəzində ilk maneə elə ticarət mərkəzinin girişində qurulub. Pullu keçid piyadalar və marşrut avtobusları üçün yaşıl işıq yandırsa da maşınların keçidi 50 qəpiyə başa gəlir.

Sahibkarlar imdad diləyir

Binə Ticarət Mərkəzində baş verən proseslərlə bağlı hansı sahibkara yaxınlaşsaq da onlar bu yöndə danışmağa nədənsə ehtiyat edirdilər. Adlarının mətbuatda gedəcəyini bilən kimi söhbəti başqa macəraya yönəldərək sanki heç nə olmamış kimi davranırdılar. Məsələnin belə hal almasını isə bir azdan başa düşdük. 3-cü sırada adının açıqlamasını istəməyən sahibkar deyir ki, "Binə" rəhbərliyi onlara KİV nümayəndələri ilə əlaqə yaratmağı qadağan edib. Onun sözlərinə görə, hər hansı sahibkar qəzet və ya televiziyada başına gətirilən müsibətlər haqqında danışırsa həmin sahibkar rəhbərlik tərəfindən cəzalandırılır. Bu işi isə Kəbirə Məmmədovanın əli altında saxladığı qoçular həyata keçirir. Problemlərin hansından başlayacağına çətinlik çəkən sahibkar deyir ki, "Binə" Ticarət Mərkəzində heç bir qayda işləmir. Burda yalnız Kəbirə Məmmədovanın qaydaları var. Yalnız bu qaydalar keçərlidir. "Bu yaxınlarda bizə dedilər ki, nəzarət kassa aparatları üçün hərədən 300 manat tələb etdilər. Halbuki aparatın qiyməti 42 manatdır. İndi məcburi olaraq bu pul bizdən alınır. Eyni zamanda rəhbərlik bizə deyir ki, nəzarət kassa aparatı qurulmağına baxmayaraq bir-iki aydan sonra kassa aparatı lazımsız olacaq. Bunun üçün hər sahibkardan aylıq 200 manat pul alınacaq". Sahibkar Binə Ticarət Mərkəzində elektrik enerjisindən istifadə üçün sahibkarlardan tələb olunan məbləğ "fantastik"dir. Yəni, burada hər elektrik lampası üçün 3 manat tələb olunur. Dükanda 10 və daha artıq lampa varsa bu 30-50 manat arasında qiymətləndirilir: "İndi günlər qısadır deyə biz özümüz normal olaraq 8 saat işləyə bilmirik. Həm havaların soyuq olması, eyni zamanda alverin zəif getməsi iş prosesinə təsir göstərir. Rəhbərlik isə bütün bunlara məhəl qoymur. Deyir ki, nə qədər işləməyindən asılı olmayaraq hər sahibkar 1 lampa üçün 3 manat pul ödəməlidir. Biz isə buna qarşı çıxanda ya işıqları söndürürlər, ya da ki, müxtəlif bəhanələrlə işə mane olurlar". Havaların soyuq keçməsini önə çəkən həmsöhbətim deyir ki, kondisionerdən istifadə isə onlara baha başa gəlir. Onun sözlərinə görə, kondisioner üçün aylıq olaraq 40 manat tələb olunur.

"Binə"də araba biznesi

Binə Ticarət Mərkəzində gözə dəyən arabalar, sən demə, şəxsi maraqlar üçün istifadə olunur. Yeni, hər araba gündəlik olaraq "yuxarı" haqq çatdırır. Sahibkardan da tələb olunur ki, mallar bu arabalarda daşınmalıdır. Sahibkar Ayaz Əliyev deyir ki, malların anbardan obyektə daşınması üçün başqa arabalardan istifadə edən zaman rəhbərlik tərəfindən zorakılığa məruz qalırlar: "Bu arabalar hər reys üçün bizdən 5-10 manat arasında pul alırlar. Bu isə bizə sərf eləmir. Axşama qədər bir sahibkar ən azından 10-15 dəfə başqa mağazalara yük daşıyır. Hər gün 50-100 manat arabaya pul ödəməliyik. Bu pulu ödəməyə imkanımız çatmır".

Haqqı tapdanan sahibkarlar imdad diləyir

Binə Ticarət Mərkəzində analoqu olmayan hadisə isə sahibkardan yığılan icarə haqqları ilə bağlıdır. Bu məsələ barəsində danışanlar deyir ki, mağazanı almaq üçün 100-150 min manat məbləğində pul ödəməklərinə baxmayaraq aylıq yer haqqı yığılır. Üstəlik yer haqqını verə bilməyənlərə qarşı zor tətbiq edilir: "40 kvadratmetrlik mağaza üçün 900, 60 kvadratmetrlik mağaza üçün 1050 manat yerpulu ödəyirik. Yer haqqını verə bilməyən ticarətçinin mağazası dərhal bağlanır".

Ədil Ədilzadə/Ədalət

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

"Qarabağ" 9,5 milyon qazandı

13

Dekabr
10:22
İDMAN
61

ABŞ kosmosa çətənə göndərir

13

Dekabr
10:21
DÜNYA
65

Atəşkəs rejimi 23 dəfə pozulub

13

Dekabr
10:20
HƏRB
90

Boris Conson seçkidə qalib gəlib

13

Dekabr
10:00
DÜNYA
171

Xarici valyutaların manata qarşı məzənnələri

13

Dekabr
09:44
İQTİSADİYYAT
160

Ağstafada əl qumbaraları tapılıb - FOTO

12

Dekabr
19:50
HÜQUQ,HADİSƏ
281

Dekabrın 13-nə manatın məzənnəsi

12

Dekabr
17:45
İQTİSADİYYAT
225

Səudiyyə Ərəbistan ziyarətçiləri sığortalayacaq

12

Dekabr
17:30
BÖLMƏNİ DÜZ SEÇ!
257

Azərbaycan Dünya Bankının kreditindən imtina edib

12

Dekabr
17:09
İQTİSADİYYAT
296
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


13-12-2019 10:28



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru