Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

28 Dekabr

2012
16:31
`Azadlıq` `Qasid`in qarşısında piket keçirdi

Bu gün saat 14.00-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” Yayım Firmasının qarşısında yenidən aksiya keçirib. Aksiyada “Azadlıq”ın əməkdaşları ilə yanaşı “Yeni Müsavat”dan olan həmkarlarımız da iştirak edib.

“Azadlıq”ın baş redaktorunun birinci müavini Rahim Hacıyev və köşə yazarı Şahvələd Çobanoğlu çıxış edərək aksiyanın məqsədi haqda danışıblar. Bildirilib ki, firma “Azadlıq”a olan 35 min manatlıq borcunu hələ də ödəmir, bu isə kollektivə ciddi maliyyə problem yaradır.

Jurnalistlər “Qasid”in rəhbərliyinə ünvanlanan “Pulumuzu verin” şüarları səsləndiriblər.
Aksiya bir qədər davam edəndən sonra “Qasid”in direktoru Mirkazım Kazımov jurnalistləri otağına görüşə dəvət edib.

Görüş zamanı M.Kazımov "Azadlıq"ın rəhbərliyinə qəzetə olan borclarını qaytarmaqla bağlı hər hansı konkret fikir bildirməyib. O, ümumi sözlərlə borcu qaytaracaqlarını vəd edib. Özlərinin də maliyyə böhranı içində olduqlarını deyən firma direktoru fevral ayından vəziyyətləri yaxşılaşacağı halda qəzetə olan borclarını ödəməyə başlayacaqlarını bildirib.

Piketdən daha ətrfalı məlumat və "Qasid" rəhbərinin dedikləri ilə bağlı "Azadlıq"ın mövqeyi təqdim olunacaq.

***

«Azadlıq» qəzeti borcunu tələb edir

Bu gün saat 14.00-da “Azadlıq” qəzetinin kollektivi “Qasid” Yayım Firmasının qarşısında növbəti aksiyasını keçirəcək. Qəzet firmanın ona olan 35 min manatlıq borcunu tələb edəcək. Aksiyada “Yeni Müsavat” qəzetinin əməkdaşları da iştirak edəcək. “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev deyir ki, bu il oktyabrın 18-də “Qasid”in qarşısında etiraz aksiyası keçirərkən firmanın rəhbəri borcun ilin sonuna qədər ödəniləcəyi ilə bağlı vəd vermişdi.
Lakin il başa çatsa da, firma bu istiqamətdə heç bir addım atmır: “Qəzetin kollektivi yaranmış ağır maliyyə vəziyyətinə görə ”Qasid" firmasının qarşısında etiraz aksiyası keçirməkdən başqa yol görmür. Qəzet yaxın günlərdə “Qasid” firmasını məhkəməyə də verəcək".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda 22 yaşlı oğlan dənizdə batıb

22

Fevral
10:00
HÜQUQ,HADİSƏ
541

Düşmən atəşkəsi 23 dəfə pozub

22

Fevral
09:50
HƏRB
436

Şeyx Sərdar azadlıqdadır

22

Fevral
09:30
HÜQUQ,HADİSƏ
662

Şamaxıda zəlzələ baş verib

22

Fevral
08:18
ÖLKƏ
512

Fevralın 24-nə manatın məzənnəsi

21

Fevral
17:16
İQTİSADİYYAT
440
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


23-02-2020 15:11



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru