
ATƏT-in KİV azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç dekabrın 26-da prezident İlham Əliyevin əfv fərmanını alqışlayıb. FaktXeber.com-un verdiyi məlumata görə, Miyatoviç, “bu, gözlənilən addım idi və jurnalistlər üçün ümumi atmosferi yaxşılaşdıracaq. Onlar azad və təhlükəsiz fəaliyyət üçün şəraitə malik olmalı, həbsə düşmək qorxusu ilə üzləşməməlidirlər. Ümidvaram ki, bu mühüm addım sonuncu olmayacaq və həbsdə olan bütün jurnalistlər azadlığa çıxacaqlar”, - deyə bildirib.
Qeyd edək ki, hazırda həbsdə “Xural” qəzetinin redaktoru Əvəz Zeynallı, müstəqil reportyor Fərəməz Allahverdiyev, “Xəyal” telekanalının direktoru Vüqar Qonaqov və həmin kanalın redaktoru Zaur Quliyev, “Tolışi Sado” qəzetinin redaktoru Hilal Məmmədov, Xeber44.com internet qəzetinin baş redaktoru Araz Quliyev, Azadxeber.org internet qəzetinin baş redaktoru Nicat Əliyev və jurnalist Fuad Hüseynov var.

Azərbaycanda vəzifəli şəxsin cinayət başında yaxalanma görüntüləri - ANBAAN VİDEO
25
İyun
Səudiyyə şahzadəsinin qonaqlığında: 39 vanna otağı olan Los Angelesdəki villa - FOTO
25
İyun
Dövlət qulluğuna qəbulla bağlı müsahibələrdə iştirak üçün qeydiyyat müddəti uzadıldı
25
İyun
Bakı xəstəxanasından: "Rentgenə baxırsan, pasiyentin ağciyərləri, sadəcə, yoxdur" - FOTO