Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

26 Dekabr

2012
17:08
818
İslam alimləri intiharçı terrorçulara qarşı fətva verəcək
Kabil muftisi Şamsur Rəhman Firotan: "Taliblərin intiharçılardan «müdafiə» məqsədiylə istifadə arqumentləri qəbuledilməzdir"

FaktXeber.com-un verdiyi məlumata görə, gələn ay  Əfqanıstana  bütün dünyadan  olan İslam alimləri toplanacaqlar. Görüşün məqsədi  intiharçı-terrorçuların fəaliyyətlərinin dini cəhətdən tənqid etmək və bu fəaliyyətlərin qadağan olunması barədə fətva verməkdir.

«Pakistan və Əfqanıstanın din alimləri  dəfələrlə (bu mövzu barədə) bəyanatlar versələr də, heç bir nəticəsi olmayıb. Lakin bu dəfə effekt olacaq  və biz xalqa intiharçıların hücumunun qadağan olunduğu fikrini çatdıra biləcəyik», - deyə Kabil muftisi Şamsur Rəhman Firotan bildirib.  

Firotan bu çağırışın İraqda, Pakistanda başqa ölkələrdə fəaliyyət göstərən silahlı qruplaşmalara aid olduğunu vurğulayıb.

Əfqanıstanda BMT missiyasının strateji kommunikasiyalarının direktoru Məsumə Törfə praktiki olaraq hər ailənin intiharçıların terror aktlarından zərər çəkdiyini bildirib: «Və əlbəttə ki, belə ailələr buna müsbət münasibət göstərə bilməzlər»

Din alimi Firotanın sözlərinə görə, taliblərin intiharçılardan «müdafiə» məqsədiylə istifadə arqumentləri qəbuledilməzdir: "Belə ki, Qurani-Kərim bu yöndə müdafiəni ancaq ən ekstremal hərbi şəraitlərdə, məsələn sakinlərin daim ölmü təhlükəsi ilə üz-üzə gəldiyində icazə verir. Hazırda isə Əfqanıstanda vəziyyət bundan çox uzaqdadır. Belə olmaz axı. Məscidlər, banklar, bazarlar, mağazalar partladılır".

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Sumqayıtda nənə və nəvəni maşın vurub

14

Oktyabr
15:52
HÜQUQ,HADİSƏ
190

Ərdoğan Azərbaycana gəlib - YENİLƏNİB

14

Oktyabr
15:29
SİYASƏT
295

İqtisadiyyat üzrə Nobel mükafatı sahiblərini tapdı

14

Oktyabr
14:24
İQTİSADİYYAT
229

Sabahın hava proqnozu açıqlanıb

14

Oktyabr
12:53
ÖLKƏ
174

Daha bir yol bağlanıb - RƏSMİ

14

Oktyabr
12:49
NƏQLİYYAT
193

Əfqanıstanda güclü zəlzələ olub

14

Oktyabr
12:17
DÜNYA
151
Bölmənin digər xəbərləri


® 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


15-10-2019 05:36



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru