Xəbər Lenti

İnfoqrafika

Arxiv

Yazar

18 Dekabr

2012
15:29
Azərbaycanda sürücülük vəsiqələrinin verilməsi üçün rüsum artırılır
Sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur

Azərbaycanda nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləği artırılacaq. Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında "Dövlət rüsumu haqqında" qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihədə nəqliyyat vasitələrinin illik texniki baxışdan keçirilməsinə görə dövlət rüsumunun məbləğinin 10 manatdan 20 manata qaldırılması təklif olunur.

Motonəqliyyat vasitələri, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular üçün nəzərdə tutulan rüsum 5 manatdan 10 manata qaldırılacaq.

Nəqliyyat vasitələrinin texniki uçot göstəricilərinə dəyişikliklər edilməsi zamanı və ya nəqliyyat vasitəsi alıcısının tələbi ilə nəqliyyat vasitələrinə texniki baxış keçirilməsi üçün rüsum 10 manatdan 20 manata qaldırılacaq.

Sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün bəzi rüsumların artırılması da təklif olunur.

Belə ki, sürücülük vəsiqəsinin verilməsinə görə rüsumun avto-moto nəqliyyat vasitələri üçün 15 manatdan 18 manata qədər artırılması təklif olunur.

Qanuna edilən yeni əlavəyə görə, traktor, tikintidə, meşə və kənd təsərrüfatında, başqa işlərdə istifadə üçün nəzərdə tutulan özügedən maşınlar, texnoloji, yarış məqsədli idman və digər mexaniki nəqliyyat vasitələri, onların qoşqu və yarımqoşqularının idarə edilməsi üçün sürücülük vəsiqəsinin verilməsi və dəyişdirilməsinə görə rüsum 5 manat müəyyən edilib.

Qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi ilə bağlı qərar qəbul edilib. Trend

Xəbərlərimizi Faktxeber.com-un facebook səhifəsində də izləyə bilərsiniz.
Mətndə səhv varsa, həmin səhvi seçib Ctrl + Enter düyməsini basaraq bizə göndərin

Şahin Mustafayevə yeni vəzifə verildi

07

Dekabr
17:52
SİYASƏT
377

Xətai rayonunda su olmayacaq

07

Dekabr
13:25
ÖLKƏ
285

Neft yenidən bahalaşıb

07

Dekabr
12:00
ÖLKƏ
301

Dünya bazarlarında təbii qaz kəskin ucuzlaşıb

07

Dekabr
11:40
İQTİSADİYYAT
277

Atəşkəs 24 dəfə pozulub

07

Dekabr
11:20
HƏRB
402

Bu gün MSK-nın iclası keçiriləcək

07

Dekabr
11:07
SİYASƏT
381

Həzrət Məsumənin (s.ə) vəfat günüdür

07

Dekabr
11:05
MƏNƏVİYYAT
581
Bölmənin digər xəbərləri


© 2009 FAKTXEBER.COM

Dərc olunan materialların mətninə görə, redaksiya heç bir məsuliyət daşımır.
Saytdakı materiallardan istifadə edərkən istinad zəruridir.


08-12-2019 13:07



  (+994 55) 786-96-84

  [email protected]

Valyuta.com

Рейтинг@Mail.ru